İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ömrünü doğma Vətənə və xalqa xidmətə həsr edib. Dahi şəxsiyyətin zəngin siyasi-fəlsəfi irsi, ideyaları, dövlətçilik təcrübəsi ölkəmizin tərəqqisində müstəsna rola malikdir. Fenomenal şəxsiyyət, nadir natiqlik istedadına sahib dövlət xadimi Heydər Əliyev Azərbaycan dilinin inkişafını, zənginləşməsini, saflığının qorunmasını daim diqqətdə saxlayırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Zaman keçdikcə dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin, habelə taleyüklü məsələlərlə bağlı verdiyi müdrik qərarların tarixi əhəmiyyətinin daha aydın göründüyünü söyləyən komitə sədri deyib: “Dilə xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan amil kimi yanaşan dahi şəxsiyyət siyasi hakimiyyətdə olduğu dövrlərdə ana dilinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atdı. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyətli iradəsi ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə edildi. Ağır dövrdə belə bir qərarın qəbulu Ümummilli Liderin nüfuzu və qətiyyəti sayəsində mümkün oldu. Ulu Öndərin doğma xalqına sevgisindən qaynaqlanan bu addım ana dilimizin qorunmasında tarixi əhəmiyyətə malikdir”.

Komitə sədri bildirib ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi və bu işin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmasını xüsusi qeyd etmək lazımdır. “O zaman Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında məsələ ilə bağlı qətiyyətli mövqeyini ifadə edərək dedi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu, reallıqdır”. Eyni zamanda, Ümummilli Liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizin dil siyasətinin uğurla həyata keçirilməsini, Azərbaycan dilinin dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsini, gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin etdi.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən illər ərzində Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilib. Bu xüsusda Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq ideologiyası əsasında inkişafı, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının əsaslı şəkildə yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental tədqiqat işlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılıb, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir

Növbəti xəbər

“Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 saat əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

3 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

4 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

4 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

4 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

4 gün əvvəl
Növbəti xəbər
“Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

“Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

6 dəqiqə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 saat əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 gün əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

3 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.