İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“COP29 yaxınlaşdıqca erməni lobbisindən maliyyələşən dairələrin və avropalı deputatların Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası getdikcə artmaqdadır. Bunlardan biri də Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsi sədrinin birinci müavini, uzun illərdir ermənipərəst, anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonodur. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Natali Luazo Azərbaycana qarşı beynəlxalq hüququn norma və priniplərinə hörmətsizlik nümayiş etdirən siyasətçilərdəndir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Ermənipərəst qüvvələrin tam təsiri altında olan və onlardan maliyyələşib Cənubi Qafqazda qarşıdurma və konfrantasiyanın yaranması istiqamətində fəaliyyət göstərən Luazo COP29 ərəfəsində də yenidən fəallaşaraq ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasını həyata keçirməkdədir. Ölkəmiz haqqında dezinformasiya yaymağa cəhd edən Luazo COP29-un əhəmiyyətini və Azərbaycanı gözdən salmağa çalışır”, – komitə sədri qeyd edib.

O əlavə edib ki, Natali Luazonun erməni canfəşanlığının digər səbəbi isə onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır. “Bu gün Fransa hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyib dünyada neokolonialist siyasəti həyata keçirən ölkələrdəndir. Fransa günümüzdə də hər vasitə ilə müstəmləkəçilik siyasətinə müqavimət göstərən, hətta özündən yüz və minkilomtrlərlə uzaqda olan   və azadlıqları uğrunda mübarizə aparan xalqları qan içində boğan ölkədir. Fransanın müstəmləkəçiliyinə qarşı çıxan Yeni Kalendoniyada insanların təməl azadlıq hüquqlarının kobudcasına pozulması və beynəlxalq hüququ ayaqlar altına atması bunun bir nümunəsidir. Fransanın Afrikada, dünyanın digər bölgələrində həyata keçirdiyi soyqırım, hərbi cinayətləri hamıya bəllidir. Odur ki, tarixi qanlı səhifələrlə dolu olan bir ölkənin Azərbaycan kimi bəşəri dəyərlərə, dünyada sülhün və bərabərhüquqlu əməkdaşlığı təşviq edən bir ölkəni əsas yerə iftira dolu ittiham etməyə cəhd etməsi gülünc və absurddur”, – o bildirib.

Deputat onu da bildirib ki, otuz ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümunəsidir: “Ümumiyyətlə Azərbaycanı hansı məsələdəsə ittiham etməsi yersiz və əsassızdır. Onların bir məqsədi var. O da hər vasitə ilə Azərbaycanın uğurlarına kölgə salmaq, amma bu niyyətlərinə nail ola bilməyəcəklər. Nə Fransa Ermənistandan bir vasitə kimi istifadə edib Cənubi Qafqazda öz müstəmləkəçilik siyasətini reallaşdıra biləcək, nə də ki, erməni lobbisi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan sala biləcək. Əksinə bundan itirən tərəf özləri olacaq.
Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf gətirən dəyərləri təbliğ etməklə beynəlxalq təhlükəsizliyə və sabitliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmiz qlobal əhəmiyyət daşıyan uğurlu neft-qaz və infrastruktur layihələri ilə yanaşı, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə “yaşıl enerji” sahəsində də regionun, bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və davamlı inkişafında mühüm rol oynamaqdadır və bundan sonra da oyanayacaq.  Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliyi ilə bağlı mübarizədə qlobal çağırışlara öz töhfəsini verəcək. Axı, bir də fransız və erməni “bacıları” kimdir ki, bizi yolumuzdan döndərə bilsin!… Ümumiyyətlə indiyədək bu cür təzyiq, təhdid yolu ilə kimsə Azərbaycanı öz yolundan döndərə bilməyib və bundan sonra da döndərə bilməyəcək. Cənab Prezidentin liderliyi altında Azərbaycan daha güclü və qüdrətli dövlətə çevrilməklə, dünyanın ən nüfuzlu ölkələri sırasında qərarlaşacaq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Niyaməddin Əsgərov: Əlaqələr müsbət məcrada inkişaf edir

Növbəti xəbər

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

Əlaqədar Xəbərlər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

3 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

10 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

9 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qadın bir varlığın, bir gücün, bir sevginin adıdır

9 saat əvvəl
“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq
Gündəm

“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq

3 gün əvvəl
Məktəblilər arasında yallı festivalı keçiriləcək!
Sosial

Məktəblilər arasında yallı festivalı keçiriləcək!

4 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə də təsbit olunur

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.