İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib Ermənistan üzərində qələbə çaldıqdan sonra əsas  fəaliyyəti Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlıq formatının yaradılması olub. İrəvan Bakının sülh şərtləri ilə razılaşsa da, son 4 ildə aparılan sülh danışıqları hələ də nəticə vermir. Bunun səbəbkarı da birbaşa Ermənistan tərəfidir. Ermənistan havadarlarının tövsiyəsinə uyğun olaraq Cənubi Qafqazda sülhün təmin edilməsinə deyil, gərginliyin davam etdirilməsi istiqamətində pozucu fəaliyyətini davam etdirməkdədir. Qərbli havadarları  Ermənistana bölgədə sülhün pozulması istiqamətində hər vasitə ilə dəstək verirlər. Elə son günlərdə ABŞ konqresmenlərinin Ermənistana dəstək adı altında başlatdığı kampaniya Cənubi Qafqazda gərginliyin yaradılmasına xidmət edən pozucu fəaliyyəti bunun bariz nümunəsidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

 

Komitə sədri bildirib ki, başda ABŞ olmaqla bəzi Qərb ölkələri Ermənistanın işğalçılıq dövründə olduğu kimi, yenə də  ermənilərə dəstək verib Azərbaycana təzyiq etməklə ikili və irqi ayrıseçkilik siyasətini davam etdirməkdədirlər. “Əslində, bu gün kollektiv Qərb öz əməli hərətkələri ilə bəyan etdikləri “beynəlxalq aləmdə beynəlxalq hüququn, ədalətin, sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı” rolunda çıxış etmələri haqqında irəli sürdükləri şüarların ancaq və ancaq dünyanın müxtəlif bölgələrində maraqlarını təmin etmək üçün bir alətdir. Hansı ki, biz bunun 30 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsində görməkdəyik. Məhz ABŞ münaqişənin ilk illərindən ermənilərin işğal siyasətinə dəstək məqsədilə Azərbaycana qarşı “907-ci düzəliş” adlı aktı qəbul ediblər və bu günədək həmin sənəd ləğv edilməyib. Kollektiv Qərb sözdə bölgədə sülhün təmin olunmasından ağız dolusu danışsa da, əməldə Ermənistana hərtərəfli maliyyə və hərbi cəhətdən güclənmək baxımdan yardım ediblər. Başda ABŞ olmaqla bəzi Qərb ölkələri bu gün də Ermənistana təmənnasız maliyyə ilə yanaşı, silahlandırılmasına da dəstək verirlər.

ABŞ-nin Cənubi Qafqazda gərginliyi davam etdirməyə xidmət edən məqsədlə Ermənistana etdiyi dəstəyə baxmayaraq Azərbaycan yenə də ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirmək istiqamətində addımlar atmaqdadır. Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.

Təəssüf ki, Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə töhfə verməyə hazır olduğu bir məqamda bir sıra anti-Azərbaycan dairələr ölkəmizin COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. Elə ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildən olan addımlardandır. Bunu cənab Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşündə açıq şəkildə bəyan edib. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar. ABŞ-nin Azərbaycana qarşı bu cür irqi ayrı-seçkiliyi ehtiva edən dialoq ruhuna, beynəlxalq hüquqa ziddir olan bu cür böhtanla dolu hərəkətləri birbaşa Cənubi Qafqazda sülhün pozulmasına xidmət edir”, – o qeyd edib.

Komitə sədri əlavə edib ki, bu cür metodlarla Azərbaycana təzyiq etmək qeyri-mümkündür və əksinə, Cənubi Qafqazda iqtisadi, enerji, təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq etdiyi bir ölkəyə qarşı bu cür münasibət sərgiləməklə öz nüfuzuna ciddi zərbə vurmuş olacaq: “Azərbaycan bu cür təzyiqlərə adekvat cavab verməyə qadir ölkədir və bu addımların da adekvatı cavabı olacaq. Hesab edirəm ki, Azərbaycan tərəfinin qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatıb. Təklif edirəm ki, Azərbaycan tərəfi ABŞ iləa münasibətlərinə yenidən baxıb buna uyğun addım atmalıdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir

Növbəti xəbər

“Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 həftə əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
“Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib

“Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.