İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Tarixi faktlardan məlum olduğu kimi, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra, onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyun ayında kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bütövlükdə bürüdü. Müstəqilliyimizin ilk illəri hərc-mərclik və özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar, məhz yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan və adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpağı da işğal altına düşdü. Şübhəsiz ki, bu proses Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində baş verdi…

Sözsüz ki, Vətən müharibəsi zamanı işğalçı, təcavüzkar Ermənistan üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin düşünülmüş, ardıcıl, məntiqi siyasəti, hərbi bacarığı və məharəti həlledici rol oynadı. Ölkə Prezidenti, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda, Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoyması konkret faktlarla dünya ictimaiyyətinə çatdırıldı. 30-dan artıq dünya KİV-lərinə müsahibələrində ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamalar diqqəti çəkdi və o, təbii ki, bu  informasiya mübarizəsinin də qalibi oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik təbii ki, düşmən üzərində tam və qəti Qələbənin təmin edilməsində çox əhəmiyyətli rol oynadı.

Artıq, xeyli vaxdır ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Ermənistan, işğal etdiyi ərazilərin bütün infrastrukturunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış və məhv etmişdir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün, işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrastruktur yaradılır. Ölkəmiz “Böyük Qayıdış”ı qısa müddətdə, həmçinin, uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan  ölkə Prezidenti, cənab İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini, bilavasitə şəxsi nəzarətində saxlayır. Postmüharibə dövründə dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə tutulan bərpa işləri diqqət çəkir. Müharibə başa çatandan sonra, ölkə rəhbəri dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlərə gedərək, başlanan layihələrin icrası ilə bağlı özünün xeyir-duasını və dəyərli tövsiyələrini verib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, şübhəsiz ki, Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan, üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif məsələləri əhatə edir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası planlı və mərhələli şəkildə həyata keçirilir. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da, təbiidir. İlkin mərhələdə zəruri infrastrukturun qurulması, həm insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmək, həm də, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını qurmaq baxımından zəruridir. Artıq, Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr icra edilir. Bərpa-quruculuq, yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Şübhəsiz ki, xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaqdır…

 

Sabit Mehdiyev, YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

Növbəti xəbər

Yasamalda Ulu Öndərlə bağlı tədbir keçirildi

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

5 gün əvvəl
Növbəti xəbər
Yasamalda Ulu Öndərlə bağlı tədbir keçirildi

Yasamalda Ulu Öndərlə bağlı tədbir keçirildi

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.