İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Tarixi faktlardan məlum olduğu kimi, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra, onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyun ayında kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bütövlükdə bürüdü. Müstəqilliyimizin ilk illəri hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar, məhz yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpağı da işğal altına düşdü. Şübhəsiz ki, bu proses Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində baş verdi.

Sözsüz ki, Vətən müharibəsi zamanı işğalçı, təcavüzkar Ermənistan üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin düşünülmüş, ardıcıl, məntiqi siyasəti, hərbi bacarığı və məharəti həlledici rol oynadı. Ölkə Prezidenti, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda, Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoyması konkret faktlarla dünya ictimaiyyətinə çatdırıldı. 30-dan artıq dünya KİV-lərinə müsahibələrində ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamalar diqqəti çəkdi və o, təbii ki, bu  informasiya mübarizəsinin də qalibi oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik təbii ki, düşmən üzərində tam və qəti Qələbənin təmin edilməsində çox əhəmiyyətli rol oynadı.

Bu gün, Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə start verib. Ermənistan işğal etdiyi ərazilərin bütün infrastrukturunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış və məhv etmişdir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Artıq, işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrastruktur yaradılır. Ölkəmiz “Böyük Qayıdış”ı qısa müddətdə, həmçinin, uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan  ölkə Prezidenti, cənab İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini, bilavasitə şəxsi nəzarətində saxlayır. Postmüharibə dövründə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə tutulan bərpa işləri diqqət çəkir. Müharibə başa çatandan sonra, dövlət başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlərə gedərək, başlanan layihələrin icrası ilə bağlı özünün xeyir-duasını, dəyərli tövsiyələrini verib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, şübhəsiz ki, Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan, üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif məsələləri əhatə edir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası planlı və mərhələli şəkildə həyata keçirilir. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da, təbiidir. İlkin mərhələdə zəruri infrastrukturun qurulması, həm insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmək, həm də, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını qurmaq baxımından zəruridir. Artıq, Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr icra edilir. Bərpa-quruculuq, yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Şübhəsiz ki, xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaqdır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir

Növbəti xəbər

Deputat: Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

1 həftə əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

1 həftə əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

2 həftə əvvəl
Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib – FOTO
Xüsusi

Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib – FOTO

3 həftə əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

3 həftə əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Deputat: Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.