İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

İsa Qəmbərin yenidən başqan olmaq istəyinə MÜNASİBƏT

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müsavat Divanının qəbul etdiyi qərara görə, may ayının əvvəllərində partiyanın qurultayı keçiriləcək. Həmin qurultayda digər məsələlərlə yanaşı, Müsavat Partiyasının yeni başqanının seçilməsi də gündəmdədir. Müsavat Partiyasının sədri olmağa əsas namizəd kimi sabiq başqan İsa Qəmbərin adı daha çox çəkilir. Sosial mediada müsavatçıların bu barədə paylaşdığı statuslarda qeyd olunur ki, İ.Qəmbər öz siyasi təcrübəsi, fəhmi, hadisələri düzgün qiymətləndirmə və lazımi qərar qəbul etmə bacarığı ilə yanaşı, həm də partiya daxilində, ümumən müxalifət düşərgəsində birləşdirici şəxsdir, Müsavata başqanlıq edəcək ən layiqli namizəddir. Bununla da İ.Qəmbərdən Arif Hacılıya ötürülən postun yenidən əvvəlki sahibinə qaytarılması nəzərdə tutulur. Sosial şəbəkələrdə bu barədə aparılan müzakirələrdə hətta iddia olunur ki, yenidən başqan olmaq təşəbbüsü bilavasitə İ.Qəmbərin özündən gəlib.

Xatırladaq ki, sadəcə Müsavatda deyil, AXCP, ADP və digər müxalifət partiyalarında da eyni simalar illərdir mühüm postlarında qalıblar. Maraqlıdır, müxalifət niyə yenilənmək, yeni simaları irəli çəkmək istəmir? Nə üçün partiya üzvü olan digər şəxslərin, xüsusən də gənclərin üzə çıxmasına imkan yaradılmır?

 

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev bildirib ki, A.Hacılının Müsavat başqanı olduğu dövrdə də bütün qərarları İ.Qəmbər verib, hər şeyi o, həll edib.

 

 

 

Millət vəkilinin sözlərinə görə, A.Hacılıya Müsavat Partiyasında heç bir zaman de-fakto rəhbər kimi yanaşılmayıb: “Hətta bir fakt deyim. Keçmiş müsavatçılardan eşitmişəm ki, başqan otağında indiyə qədər də İsa Qəmbər özü oturur. Arif isə yan otaqda. Təbii, bunlar yenə oyun oynayırlar, öz aləmlərində manevr edirlər və guya ictimai-siyasi fikri, rəyi öyrənməyə çalışırlar. Amma çifayda! Gecikiblər. Çünki hamısının dövrü, qatarı çoxdan gedib. Əsas da İsa Qəmbərin”.

 

ADMP sədri söyləyib ki, İ.Qəmbərin yenidən fəallaşması həm də pul marağından irəli gələn təşəbbüsdür: “Daha doğrusu, pul bölmək marağından. Yəqin İsa Qəmbərin qulağına kimsə pıçıldayıb ki, son zamanlar xaricdən radikal müxalifətə ötürülən qara pulların miqyası artıb və bunu da Əli Kərimli tək yeyir. Ona görə özünə əl qatıb, ortalıqda yenidən zühur edib ki, bəs mən də varam. Bir gənc tapıb ortalığa çıxara bilmirlər. Olanları da çoxdan qaçırıblar və Müsavatı “pensiyaçılar klubu”na çeviriblər. Kim var bu partiyada? Kim qalıb bu partiyada? Heç kim. Demək olar ki, heç kim! Nə rayon təşkilatları var, nə Bakı. Amma danışanda elə danışırlar, sanki böyük güc-filandırlar”.

 

Millət vəkili E.Musayev qeyd edib ki, A.Hacılı indiyə qədər “Facebook” statuslarından o yana keçə bilməyib: “Bu adam özünü partiya sədrindən daha çox bloqer kimi aparır. Ətrafındakı 3-5 nəfər isə ofisdə boş-boşuna vaxt keçirib, mürgüləyib, nərddən-zaddan oynayıb gedirlər evlərinə-eşiklərinə. Ad da olur ki, kişilər işlə məşğuldur. Əlqərəz, belə urvatsız, mənasız, fəaliyyətsiz partiyanın başında ha İsa Qəmbər qərarlaşsın, ha digəri, heç nə dəyişməyəcək. Yenə “köhnə hamam, köhnə tas” olacaq. Əsas da “TAS”. Çünki gələn məlumatlar budur ki, Müsavatın ofisində həqiqətən ciddi və qızğın nərd yarışları gedir. Ta gecə saatlarına qədər”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəfərnamə: 4-dən 44-ə

Növbəti xəbər

Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

5 saat əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

2 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu mötəbər tədbirin məhz Şuşada keçirilməsi özlüyündə böyük siyasi və tarixi mesajdır”

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Siyasət

ŞUŞA QLOBAL MEDİA FORUMU: HƏQİQƏTİN MÜDAFİƏSİ VƏ AZƏRBAYCANIN QLOBAL MESAJLARI

2 gün əvvəl
Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Siyasət

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

2 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

2 həftə əvvəl
Növbəti xəbər
Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

53 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

55 dəqiqə əvvəl
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
Gündəm

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

4 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

4 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.