İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
5 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

2 həftə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibi olan “İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi 5–6–7 fevral tarixlərində uğurla həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılıb.

Layihənin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı tarixi rolunu, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması prosesindəki xidmətlərini gənclər arasında təbliğ etmək və onların hüquqi savadlılıq səviyyəsini artırmaq olub. Eyni zamanda layihə gənclərdə hüquqi düşüncə tərzinin formalaşdırılması, Konstitusiya dəyərlərinə hörmət hissinin gücləndirilməsi, vətəndaş məsuliyyətinin təşviqi və dövlətçilik ənənələrinin aşılanmasını hədəfləyib.

Layihə çərçivəsində ilk seminar 5 fevral tarixində Qazax Dövlət Sosial-İqtisadi Kollecində təşkil olunub. “Konstitusiya və hüquqlarımız” mövzusunda keçirilən seminar BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın təqdimatında baş tutub. İnteraktiv formatda keçirilən seminarda Konstitusiyanın mahiyyəti, vətəndaşların əsas hüquq və azadlıqları barədə geniş müzakirələr aparılıb.

6 fevral tarixində layihənin ikinci seminarı BDU Qazax filialında tələbələr üçün təşkil edilib. “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusuna həsr olunan seminarı İctimai və təbiət fənləri kafedrasının müəllimləri İndira Vəliyeva və Ülviyyə Bayramova aparıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyası, hüquqi islahatlar, qanunun aliliyi prinsipi və müasir hüquqi dövlət modelinin formalaşması ətraflı təhlil olunub.

Tədbirdə universitetin Tələbələrlə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək bu cür maarifləndirici layihələrin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib və layihə təşəbbüsünü yüksək qiymətləndirib.

Layihənin sonuncu seminarı 7 fevral tarixində “Vətəndaş məsuliyyəti və hüquqi savadlılıq” mövzusunda keçirilib. Seminar zamanı hüquqi biliklərin cəmiyyət həyatındakı rolu, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsi və gənclərin ictimai fəallığının əhəmiyyəti geniş şəkildə müzakirə olunub.

Layihə çərçivəsində keçirilən “Gənclərin gözü ilə hüquqi irs” adlı esse müsabiqəsinin nəticələri də elan edilib. Müsabiqənin qalibləri BDU Qazax filialının Tarix ixtisası III kurs tələbəsi Ümid Əhməyev (I yer), Tarix ixtisası II kurs tələbəsi Sevin Ağayeva (II yer) və Turizm və otelçilik ixtisasının III kurs tələbəsi Ələkbər Hüseynov (III yer) olub.

Mükafatlandırma mərasimində layihə rəhbəri Pəri İbrahimova qalibləri təbrik edib, onların hüquqi mövzulara göstərdikləri marağı yüksək qiymətləndirərək diplom və xüsusi hədiyyələr təqdim edib.

Qeyd edək ki, “İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi gənclər arasında hüquqi maarifləndirmənin gücləndirilməsinə, dövlətçilik dəyərlərinin təbliğinə və məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılmasına mühüm töhfə verib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın artan enerji ixrac potensialı

Növbəti xəbər

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

Əlaqədar Xəbərlər

Çoxillik münaqişənin sonu
Gündəm

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

27 dəqiqə əvvəl
Azərbaycanın tələbi İran tərəfindən dərhal icra olunmalıdır
Gündəm

Azərbaycanın tələbi İran tərəfindən dərhal icra olunmalıdır

39 dəqiqə əvvəl
“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”
Gündəm

“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”

10 saat əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

1 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir

24 dəqiqə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

27 dəqiqə əvvəl
Azərbaycanın tələbi İran tərəfindən dərhal icra olunmalıdır
Gündəm

Azərbaycanın tələbi İran tərəfindən dərhal icra olunmalıdır

39 dəqiqə əvvəl
“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”
Gündəm

“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”

10 saat əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.