İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Yanvar, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İnformasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncliyi

11 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ulu Öndər vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.Gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, dünya birliyinə inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsini hər bir gənc gündəlik həyatında hiss edir. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu da gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilməsindən irəli gəlir. Azərbaycan gəncliyi son illər ictimai həyatın bütün sferalarında daha çox fəallığı ilə diqqəti cəlb edir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Gənclər, cəmiyyətin təməl daşıdır və onların fiziki sağlamlığı, intellektual inkişafı, əxlaqi və tərbiyəvi keyfiyyətləri, bir millətin gələcəyini müəyyən edən əsas amillərdir. Ulu Öndər Heydər Əliyev gəncləri yalnız fiziki sağlamlıqla deyil, həm də ruhən və əxlaqi baxımdan zənginləşmiş fərdlər kimi yetişdirməyə böyük önəm vermişdir. Gənclər, yüksək şüurla, dərin biliklərlə və güclü əxlaqi prinsiplərlə təchiz olunmalıdır ki, onlar həm öz xalqlarına, həm də bütövlükdə insanlığa xidmət edə bilsinlər. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi təhsil və tərbiyə yönümlü dəstək, ölkənin inkişafına olan əsas töhfələrindən biri olmuşdur. O, təhsil sahəsindəki islahatlarla gənclərin yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmiş, müasir dünyada rəqabətə dayanıqlı və müstəqil düşüncəyə sahib gənclərin yetişməsi üçün hərtərəfli şərait yaratmışdır. Ancaq bununla yanaşı, yüksək əxlaqi dəyərlərə, zəngin mədəniyyətə və milli mənəvi dəyərlərə sahib olan gənclər yetişdirmək də Heydər Əliyevin əsas məqsədindən biri olmuşdur.

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılan yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edən qurum oldu və artıq 31 ildir ki, bu missiyanı uğurla həyata keçirir. 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Qısa müddət ərzində “Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı Fərman və sərəncamlar, Dövlət Proqramları imzalanıb. 2007-ci il “Gənclər ili” elan edilib, respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması prossesi başlanıb. Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Dir sözlə gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri də müstəsna rol oynadılar. Belə ki, gənclərimiz reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldular. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb – döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar.

Bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Qeyd etmək lazımdır ki, dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

 

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Nəqliyyat məsələlərinə göstərilən diqqətin bariz nümunəsi

Növbəti xəbər

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu böyükdür

Əlaqədar Xəbərlər

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

3 saat əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

1 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır

1 həftə əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu böyükdür

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

3 saat əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır

4 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.