İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

5 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılaşdığı əsas problemlərdən biri də ikili standartlar siyasətidir. XIII Qlobal Bakı Forumunda da bu məsələ xüsusi müzakirə olundu. Forum iştirakçıları hesab edir ki, müasir dünyada həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda beynəlxalq hüquqa qarşı “ikili standartlar”ın yayılması mövcud sistemi zəiflədir. Bu tendensiya qlobal nizam üçün ciddi təhlükə kimi qiymətləndirilir.

Son illərdə Azərbaycan da müxtəlif geosiyasi proseslər fonunda bu tendensiyanın təsirini daha qabarıq şəkildə hiss edən ölkələrdən biridir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normalarının tətbiqində bəzi güc mərkəzləri selektiv yanaşma nümayiş etdirir. Münaqişələrə münasibətdə fərqli mövqelərin sərgilənməsi, eyni prinsipin müxtəlif regionlarda fərqli şəkildə şərh olunması faktları mövcuddur.

Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının kəsişdiyi strateji məkan hesab olunur. Bu səbəbdən bəzi beynəlxalq aktorların regionda selektiv yanaşma nümayiş etdirməsi Azərbaycanın haqlı narazılığına səbəb olur.

Regionda sülh təşəbbüslərinə münasibətdə ziddiyyətli mövqelər həm diplomatik proseslərin uzanmasına, həm də etimad mühitinin zəifləməsinə səbəb olur. Bu baxımdan, beynəlxalq qurumların daha balanslı siyasət yürütməsi regionda sabitlik üçün vacib amil kimi qiymətləndirilir.

Rəsmi Bakı hər zaman beynəlxalq hüququn universallığının qorunmasının və dövlətlər arasında bərabər münasibətin təmin olunmasının qlobal sabitlik üçün vacib olduğunu vurğulayır.

İkili standartlar siyasətinin aradan qaldırılması yalnız bir ölkənin deyil, ümumilikdə beynəlxalq sistemin legitimliyi və effektivliyi üçün mühüm əhəmiyyət daşıyır.

Yəni, Azərbaycanın üzləşdiyi bu problemlər təkcə regional deyil, həm də qlobal siyasi nizamın gələcəyi ilə bağlı suallar doğurur.

Yeri gəlmişkən, bu prosesdə antimilli qruplardan da məharətlə istifadə olunur. Xarici aktorlar informasiya kampaniyaları vasitəsilə süni narazılıq yaratmağa, maliyyə və institusional dəstək vasitələri ilə müəyyən siyasi proseslərə təsir göstərməyə çalışır. Lakin belə cılız ssenarilərin heç biri nəticə vermir. Çünki Azərbaycanda xalqla dövlət arasında monolitlik mövcuddur və ölkə daxilində parçalanma və ya ayrıseçkilik salmaq cəhdlərinin hamısı iflasa məhkumdur.

 

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

Növbəti xəbər

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

7 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

23 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.