İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İkili standartlar əsasında qurulmuş ittihamlar davam edir

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olsa da, tarixi torpaqlarımızın geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlət başçısının prinsipial və düşünülmüş siyasət yürüdərək ötən dövrdə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar möhtəşəm Qələbəyə zəmin yaratdı. Tarixi Zəfər təkcə torpaqların azad edilməsi deyil, həm də, milli ləyaqətimizin bərpa olunması idi. Azərbaycan Ordusunun son illər ərzində həyata keçirdiyi çoxsaylı uğurlu hərbi əməliyyatlar nəticəsində əldə edilən tarixi Zəfərlər ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda erməni separatçılığına birdəfəlik son qoyuldu. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və postmüharibə dövründə bu sahədə əldə olunan nəticələr də göz qabağındadır. Şanlı Ordumuzun qazandığı möhtəşəm qələbələr Azərbaycanın regionda, eləcə də, beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Qazandığımız qələbə, ölkəmizin siyasi müstəvidə daha da möhkəmlənməyinə şərait yaratdı, regionda yaranmış yeni vəziyyətə uyğun addımların atılmasına imkan verdi. Postmüharibə dövründə regional əməkdaşlıq və inkişaf məsələləri xarici siyasətimizin başlıca prioritetlərindən biridir.

Sözsüz ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir, ancaq bu xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Erməni vandalizmi dünyanın gözü önündədir. Hazırda elə Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış abidələrin vəziyyəti, tez-tez minaların partlaması nəticəsində həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti ölkə Prezidenti, cənab İlham Əliyevin çıxışlarında gündəmdədir. Dövlətimizin başçısı beynəlxalq konfranslarda çıxışları zamanı bu məsələləri hər zaman qaldırır, erməni vandalizmini dünyada ifşa etmək istiqamətində uğurlu iş aparır. Ermənistan və ona dəstək verən dövlətlər, eləcə də, beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Bu baxımdan anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı böhtan kampaniyası aparır, əssasız ittihamlar səsləndirirlər. Təbii ki, onların bu iddiaları Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində iflasa məhkumdur. Baxmayaraq ki, Vətən müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, həm də, ətrafımızda gərginliyin artması, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Şübhəsiz ki, heç bir qüvvə, artıq həll olunmuş Qarabağ problemini yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın zəfərləri erməni faşizmi üzərində qələbə idi. Bu gün, hələ də Ermənistanda revanşist düşüncədə olanlar var. Ermənistan cəmiyyətinin xisləti dəyişməyib, bu ölkədə azərbaycanofobiya, islamofobiya hələ də tüğyan edir. Bu təcvüzkar dövlətdə azərbaycanlılara qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib, amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək. Onlar dəmir yumruğu unutmamalıdırlar. Hazırda, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın. Onlar çalışır ki, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir yüksək səviyyədə təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün, sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Azərbaycan öz haqq yolunda inamla addımlayacaq və qarşısına çıxan istənilən səddi aşaraq daha güclü, daha qüdrətli bir dövlətə çevriləcəkdir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

Növbəti xəbər

Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

24 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

4 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

5 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

6 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

6 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

6 gün əvvəl
Növbəti xəbər
Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür

Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

24 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

4 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.