İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

ICAPP Asiya Mədəniyyət Şurası qarşılıqlı əməkdaşlıq üçün mühüm platformadır

2 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gündən-günə gücünü, qüdrətini artıran, regionda söz sahibi olan Azərbaycan bu gün dünyanın iqtisadi, siyasi, humanitar mərkəzlərindən birinə çevrilib. Beynəlxalq səviyyəli müxtəlif tədbirlərə evsahibliyi etməsi ölkəmizə olan inamın, etimadın təsdiqidir.

Xəbər verildiyi kimi, bu günlər ölkəmizdə Yeni Azərbaycan Partiyasının (YAP) evsahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciətində deyib: “Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir”.

ICAPP Daimi Komitəsinin 44-cü iclasında DK sədri Çunq Eu-yonq Komitənin 43-cü iclasından ötən dövr ərzindəki fəaliyyətinə ətraflı  nəzər salaraq görülmüş işləri iştirakçıların diqqətinə çatdırıb, səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Bundan sonra ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası öz işinə başlayıb. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə çıxışında müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verdiyini diqqətə çatdırıb: “Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çox ziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Tahir Budaqov ölkəmizin İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazandığı Zəfərdən də, əldə olunan uğurlardan da ətraflı söz açıb. Bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. YAP Sədrinin müavini Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı bir araya gətirən ICAPP-ın səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platforma olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb, ICAPP kimi mötəbər beynəlxalq platforma vasitəsilə müxtəlif ölkələrin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsinin son dərəcədə önəmli olduğunu bildirib.

ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının sabiq xarici işlər naziri Çunq Eu-yonq çıxışında qeyd edib ki, mədəniyyət sadəcə keçmişi əks etdirmir, eyni zamanda gələcəyimizi formalaşdıran dinamik qüvvədir. Sonra o, mədəni irsin qorunmasının və bu istiqamətdə fəaliyyətlərin təşviqinin cəmiyyətlərin inklüzivliyini effektiv şəkildə artıra biləcəyinə və sosial birliyi gücləndirəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli isə çıxış edərək ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsinin ölkəmizə göstərilən etimadın və YAP-ın beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisi olduğunu bildirib. Deyib ki, bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır. Nazir daha sonra bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət dövlətin beynəlxalq siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan həm öz zəngin mədəni irsini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına, multikulturalizmin ünvanına çevrilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Multikulturalizm bizim dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanda bir həyat tərzidir”.

ICAPP-ın baş katibi, Koreya Respublikasının Monqolustandakı və Portuqaliyadakı sabiq səfiri Oh Sonq ICAPP Asiya Mədəniyyət Şurasının Fəaliyyət qaydalarına dəyişiklikləri və büro üzvlüyünə namizədləri təqdim edib. Asiya Mədəniyyət Şurasının sədri seçilən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov şuranın 4-cü iclasının yekun hesabatını iştirakçılara təqdim edib. Bildirib ki, tədbir Asiyanın mədəni potensialının yalnız keçmişə deyil, gələcəyə yönəlmiş strateji imkanı olduğunu göstərdi: “Çıxışların ümumi təhlili onu deməyə əsas verir ki, mədəniyyət təkcə tarixi və irsi yaddaş deyil, həm də müasir dövrün iqtisadi və siyasi proseslərinə təsir edən vacib amildir”.

Sonda çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Müsəlman Liqası Nəvazın üzvü Muşahid Hüseyn Sayed Azərbaycan ilə Pakistan arasında səmimi dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası qarşılıqlı fikir mübadiləsi aparmaq və əməkdaşlıq etmək üçün mühüm platformadır.

Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

Növbəti xəbər

Komitə sədri: Gənclərin iştirakı Qərbi Azərbaycan mövzusunun daha da genişlənməsinə səbəb olacaq

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
Komitə sədri: Gənclərin iştirakı Qərbi Azərbaycan mövzusunun daha da genişlənməsinə səbəb olacaq

Komitə sədri: Gənclərin iştirakı Qərbi Azərbaycan mövzusunun daha da genişlənməsinə səbəb olacaq

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.