İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Mart, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

3 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ulu Öndər Heydər Əliyev siyasi məktəbi bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi mərhələdə daha da zənginləşir

Müstəqil Azərbaycan dövlətinin inkişaf yolu güclü siyasi iradə, möhkəm hüquqi əsaslar və davamlı dövlətçilik ənənələri üzərində qurulmuşdur. Bu yolun başlanğıcında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidməti, xilaskarlıq missiyası və uzaqgörən siyasəti dayanır. Onun rəhbərliyi və qətiyyəti nəticəsində müasir, müstəqil və suveren Azərbaycan dövləti formalaşmış, möhkəmlənmiş və beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ən mühüm sütunlarından biri hüquqi dövlət quruculuğu idi. Məhz bu strateji baxışın nəticəsi olaraq qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müasir dövlətçilik modelinin hüquqi təməlini təşkil etmişdir. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını, hakimiyyət qolları arasında balansın qorunmasını və dövlətin suverenliyinin möhkəmləndirilməsini əsas prinsip kimi müəyyən etmişdir. Bu ali hüquqi sənəd Azərbaycan cəmiyyətinin demokratik inkişaf istiqamətini dəqiq müəyyənləşdirərək uzunmüddətli sabitliyin təminatçısına çevrilmişdir.

Heydər Əliyev tərəfindən qoyulmuş bu möhkəm siyasi və hüquqi əsaslar bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyat qurmuş, regional və qlobal miqyasda söz sahibi olan dövlətə çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, onların müasir inkişaf modelləri ilə zənginləşdirilməsi Prezident İlham Əliyevin siyasi kursunun əsas xüsusiyyətlərindəndir. Bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi dərin siyasi və mənəvi məna daşıyır. Bu təşəbbüs Konstitusiyanın dövlət həyatındakı rolunun bir daha önə çəkilməsi, suverenliyin möhkəmləndirilməsi və hüquqi dövlət prinsiplərinin cəmiyyətin bütün sahələrində daha da gücləndirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü isə humanizm, sosial ədalət və hüquqi dövlət prinsiplərinin bariz nümunəsidir. Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin insana verdiyi yüksək dəyərin, cəmiyyətin sağlamlaşdırılmasına və sosial reinteqrasiyaya yönəlmiş siyasətinin ifadəsidir. Bu addım eyni zamanda hüquqi dövlətin yalnız cəza mexanizmləri ilə deyil, humanist yanaşmalar vasitəsilə də möhkəmləndirildiyini göstərir. Prezident İlham Əliyevin bu təşəbbüsü dövlət-vətəndaş münasibətlərində etimadın artırılmasına, sosial həmrəyliyin güclənməsinə və ictimai sabitliyin daha da möhkəmlənməsinə xidmət edir.

Amnistiyanın şamil olunacağı şəxslər kateqoriyası xüsusi diqqətlə və ədalət prinsipləri əsasında müəyyən edilmişdir. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər amnistiya aktından faydalana biləcək əsas sosial qruplardan biridir. Xüsusilə 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə bu hüququn tanınması dövlətin öz qəhrəmanlarına göstərdiyi yüksək ehtiramın və mənəvi borcun ifadəsidir. Bununla yanaşı, həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının da amnistiya aktına daxil edilməsi xüsusi sosial həssaslıq və humanizm nümunəsidir. Bu yanaşma bir daha təsdiq edir ki, Azərbaycan dövləti müharibənin yaratdığı sosial və psixoloji fəsadları aradan qaldırmaq, cəmiyyətin həssas təbəqələrini qorumaq üçün kompleks və məqsədyönlü siyasət həyata keçirir.

Amnistiya aktının layihəsində mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin də nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Bu addım həmin şəxslərin dövlət və cəmiyyət qarşısında xüsusi statusunun tanınması, onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin olunması baxımından mühüm hüquqi mexanizm kimi çıxış edir.

Amnistiya aktı yalnız sosial statuslara görə deyil, eyni zamanda törədilmiş cinayətlərin xarakterinə görə də diferensial yanaşmanı nəzərdə tutur. Belə ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan tam azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması planlaşdırılır. Bu, cəza siyasətində ədalət, proporsionallıq və fərdiləşdirmə prinsipinin əsas götürüldüyünü göstərir. Qeyd etmək lazımdır ki, amnistiya aktı cəmiyyət üçün təhlükə yaratmayan şəxslərin azadlığa buraxılmasını təşviq etməklə yanaşı, penitensiar sistemin humanistləşdirilməsinə, məhkumların islah olunmasına və onların cəmiyyətə yenidən qazandırılmasına xidmət edir. Bu addım eyni zamanda dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə mühüm töhfə verir.

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində formalaşmışdır. Güclü siyasi liderlik, milli maraqlara əsaslanan strateji qərarlar, hüquqi islahatlar və sosial yönümlü dövlət siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir. Bu uğurlar təsdiq edir ki, Heydər Əliyev siyasi məktəbi bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi mərhələdə daha da zənginləşir. Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” Azərbaycanın müasir tarixində mühüm mərhələ olmaqla yanaşı, dövlətçilik ənənələrinin davamlılığının, hüquqi dövlət prinsipinin və milli suverenliyin sarsılmazlığının rəmzidir. Bu il çərçivəsində həyata keçirilən təşəbbüslər, o cümlədən amnistiya qərarı Azərbaycan dövlətinin gücünün yalnız iqtisadi və hərbi potensialla deyil, eyni zamanda humanizm, ədalət və hüquqa sədaqət prinsipləri ilə ölçüldüyünü bir daha nümayiş etdirir.

Paşa-zadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

Növbəti xəbər

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

6 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Enerji resurslarının inkişafında yeni mərhələ

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.