İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 İyul, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin bir günü” adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

2000-ci il iyulun 7-də ümummilli lider BMT-nin Vyana şəhərindəki mərkəzində olmuş, burada BMT baş katibinin müavini, BMT-nin Avstriyadakı ofisinin rəhbəri Pino Arlakki ilə görüşmüşdür. Heydər Əliyev etnik münaqişələrdən söhbət gedəndə beynəlxalq institutların işindəki problemləri ətraflı təsvir etdi.

O, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın dərhal BMT tərəfindən tanındığını və BMT-nin üzvü olduğunu xatırladıb. “Biz bunu müstəqilliyimizin ən mühüm amillərindən biri hesab edirik. Birləşmiş Millətlər Təşklatı ilə daim əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Doğrudur, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığımız dövründə bəzi məsələlərdən narazıyıq. Bu da ondan ibarətdir ki, bölgəmizdə Ermənistanla Azərbaycan arasında münaqişənin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı təsirli qərarlar qəbul edə bilmir. Bilirsiniz ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarılıb və uzun müddətdir – altı-yeddi ildir ölkəmizin müxtəlif yerlərində, çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.”, – deyə Heydər Əliyev qeyd edib.

Onun sözlərinə görə, 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edəndə Azərbaycan BMT-yə müraciət edib. “Birləşmiş Millətlər Təşkilatı bu müraciətlərə Təhlükəsizlik Şurasında dörd dəfə, bəlkə də çox baxmışdır. Hər halda 1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının bu barədə bir neçə xüsusi bəyanatı da olmuşdur..Amma Birləşmiş Millətlər Təşkilatının üzvü olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların heç birisini yerinə yetirməyibdir. Belə çıxır ki, Təhlükəsizlik Şurası qərar qəbul edir, amma yerinə yetirmir. Bu da Birləşmiş Millətlər Təşkilatına hörmət gətirmir.”, – ümummilli lider vurğulayıb.

Heydər Əliyev qeyd edib ki, ona deyiblər ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamə və qərarlarının icra mexanizmi yoxdur. ” Əgər belə bir mexanizm yoxdursa, onu yaratmaq lazımdır. Əgər o, yaradılmırsa, demək, Birləşmiş Millətlər Təşkilatı özü qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə biganə qalır. Mən bu gün burada bu sözləri deməyə məcburam. Çünki ölkəmizin düşdüyü vəziyyət məni buna məcbur edir” deyə vurğulayıb.

Onun sözlərinə görə, bu sualları qaldırmamaq mümkün deyil. “Ümid edirəm ki, bu sözlər sizin üçün yalnız məlumat olmayacaq, mənim fikirlərimə öz tərəfinizdən reaksiya verəcəksiniz. “Reaksiya” deyəndə mən Birləşmiş Millətlər Təşkilatı tərəfindən əməli hərəkətləri nəzərdə tuturam”, – deyə Heydər Əliyev bildirib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

Növbəti xəbər

Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını inamla davam etdirəcəyik

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

1 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

1 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

2 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

2 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

2 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

2 il əvvəl
Növbəti xəbər
Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını inamla davam etdirəcəyik

Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını inamla davam etdirəcəyik

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.