İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Heydər Əliyevə pislik etmək istəyənlərin bir qismi zaman-zaman bu parlamentdə oturub”

4 həftə əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ən yeni tarixin demək olar bütün mərhələlərində Heydər Əliyevə qarşı ədalətsizliklər, qısqanclıqlar, haqsızlıqlar baş verib və bəlli, məkrli qüvvələr onun müdrikliyini, istedadını, uğurlarını həzm edə bilmədikləri üçün hər cür namərd üsullarla, ağlasığmaz fitnə və riyakarlıqlarla Ulu Öndərin önünü kəsməyə, ona ziyan yetirməyə çalışıblar. Bu, 1969-dan 1982-yə qədər olan dövrdə də belə olub, onun SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu zamanlarda da, 1993-cü ildə xalqın tələbi ilə reallaşan növbəti qayıdışdan sonra da…

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən sonuncu iclasında deputat, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

14 iyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar fikirlərini bölüşən millət vəkili daha sonra bunları qeyd edib:

“Nə təəssüf ki, Heydər Əliyevə məqsədli şəkildə, xüsusi tapşırıq əsasında pislik etmək istəyənlərin bir qismi zaman – zaman həm də bu parlamentdə oturub. Bəli.  Bir vaxtlar bəzi siyasi quldurlar, hansısa dairələrin nökərləri Ulu Öndərin Parlamentdə hətta nitq söyləməsini belə hər vəchlə əngəlləməyə çalışıblar, o danışanda səs-küy salıblar, çıxış edəndə ayaqlarını yerə döyəcləyiblər.

Amma və lakin! Hardadır indi onlar? Xəbər varmı, həmin nankorlardan, simasızlardan? Xeyr! Yoxdur. Olmayacaq da. Çünki, Tanrının və zamanın hökmü çox ədalətlidir. Elə ədalətli olduğu üçün də həmin riyakarlar, bədxahlar, yaramaz ünsürlər, ən nəhayət: yerə döyəclənən murdar və çirkin ayaqların yiyələri bu gün qarışqa izi ilə belə tarixdə qala bilməyiblər.

Heydər Əliyevsə milyonların qəlbində özünə ömürlük taxt qurub!”

Elşən Musayev daha sonra vurğulayıb:

“Dəyərli həmkarlar! Hər zaman söylədiyim fikri bu gün bir daha təkrar etmək istəyirəm: Ən çətin, ən lazımlı, ən vacib dönəmlərdə Heydər Əliyevə dəstək olanların mərdliyini, “91- lər”in siyahısına imza atanların cəsarətini, Arif Rəhimzadə, Yaşar Əliyev, Eldar İbrahimov, Fəttah Heydərov kimi kişilərin əməyini və zəhmətini biz tarixin heç bir dönəmində əsla və əsla unutmamalıyıq.

Çünki onlar Heydər Əliyevlə bərabər Azərbaycanı, dövlətin və dövlətçiliyin dünənini, bu gününü, sabahını qoruyublar.

Heydər Əliyev yolu müqəddəs yoldur.

Tanrı da bizi bu yolda heç bir zaman utandırmasın.

Tanrı Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin gücünə daim güc qatsın və bütün vicdanlı, ləyaqətli, vətənsevər insanların dayağında dursun.  

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

Növbəti xəbər

Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.