İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın bir çox dünya ölkələri ilə olduğu kimi, İraq Respublikası arasında ikitərəfli münasibətləri uğurla inkişaf edir. 02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və elə həmin ildən ölkələr arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.

Azərbaycan və İraq beynəlxalq aləmdə hər zaman bir-birinin yanında olan ölkələr olmuşdur. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımız bildirib ki, biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.

Cənab Prezident çıxışı zamanı Prezidentin qonşu Ermənistana da səfər edəcəyini bildirərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı onu məlumatlandırıb: “Hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi”. Beynəlxalq vasitəçilik səylərinin illərlə özünü doğrultmadığını və heç bir nəticəyə nail olunmadığını bildirən dövlət başçımız “Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi” deyə bildirib.

“Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

“Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanmışdır. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri əlaqələrin davamlığına əsaslanır. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması bu əlaqələrin təməlinin möhkəmləndirilməsinə və genişləndirilməsinə yeni prespektivlər açır. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalanması əlaqələrin davamlığına söykənir. Səfər çərçivəsində gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirilib.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu görüş iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

Növbəti xəbər

Kəlbəcərə həyat qayıdır

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

5 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

10 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

10 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

1 il əvvəl
Növbəti xəbər
Prezidentdən füzulililərə göstərilən diqqət  

Kəlbəcərə həyat qayıdır

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

14 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.