İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində “F3 Mühasibatlıq Kursu” təlimlərinə başlanıldı 

3 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin həyata keçirdiyi “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində gənc mühasiblərin peşə bacarıqlarının artırılması məqsədilə beynəlxalq standartlara uyğun ACCA F3 təlimlərinə start verilib və hazırda dərslər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi universitet məzunları və işsiz gənclər üçün karyera planlaması, müsahibə bacarıqları və iqtisadi biliklərin artırılması istiqamətində geniş imkanlar yaratmaq, onların məşğulluq səviyyəsini yüksəltmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdan ibarətdir. Bakı şəhərində icra olunan təlim proqramına 18–35 yaş arası iqtisadi və maliyyə yönümlü ixtisaslarda təhsil alan, həmçinin peşəkar inkışafda maraqlı olan 25 nəfər gənc cəlb edilmişdir. Layihədə gender balansına xüsusi önəm verilərək iştirakçıların ən azı 50%-ini qadınlar təşkil edir.

İki ay davam edəcək “F3 Mühasibatlıq Kursu” çərçivəsində iştirakçılara beynəlxalq maliyyə uçotu standartlarına uyğun praktiki və nəzəri biliklər tədris olunur. Bu kurs gənclərin əmək bazarında rəqabətqabiliyyətliliyini artırmağa və peşəkar mühasib kimi formalaşmalarına birbaşa dəstək göstərir.

Layihə çərçivəsində yalnız mühasibatlıq təlimləri ilə kifayətlənilməyəcək. Yaxın dövrdə iştirakçılar üçün CV və motivasiya məktubunun hazırlanması, müsahibəyə hazırlıq, şəxsi brend və təqdimat bacarıqları, maliyyə savadlılığı və peşə seçimi mövzularında interaktiv karyera təlimləri də təşkil olunacaqdır.

Proqramın kulminasiya nöqtəsi olaraq 60 nəfərin iştirakı ilə “İqtisadi Bacarıqlar və Karyera Günü” adlı festivalın keçirilməsi planlaşdırılır. Festival çərçivəsində gənclər sahibkarlarla birbaşa ünsiyyət qurmaq, simulyasiya müsahibələrində iştirak etmək və real iş imkanları əldə etmək şansı qazanacaqlar.




PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

Növbəti xəbər

Beyləqanda “Kəbirli kənd” ərazi partiya təşkilatında tədbir keçirilib

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

5 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

6 gün əvvəl
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib
Sosial

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib

1 həftə əvvəl
“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

2 həftə əvvəl
Növbəti xəbər
Beyləqanda “Kəbirli kənd” ərazi partiya təşkilatında tədbir keçirilib

Beyləqanda “Kəbirli kənd” ərazi partiya təşkilatında tədbir keçirilib

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.