İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Dekabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Gənc Mühasiblər İctimai Birliyinin “Rəqəmsal Mühasibatlıq Platforması” istifadəyə verildi

4 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gənc Mühasiblər İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin icrası başa çatıb. Layihənin əsas məqsədi Azərbaycanda mühasibatlıq sahəsində təhsilin keyfiyyətini artırmaq, gənclərin karyera inkişafına dəstək göstərmək və mütəxəssis hazırlığını təşviq etməkdir.

Layihə çərçivəsində mühasibatlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən hər kəs üçün açıq olan innovativ rəqəmsal platforma yaradılıb. Bu platforma ölkədə ilk dəfə onlayn mühasibatlıq dərsləri və kursları təqdim etməklə yanaşı, gənclərin məşğulluğunu dəstəkləyən, sahəyə dair xəbərlər və faydalı məlumatları bir araya gətirən vahid mərkəz rolunu oynayacaq.

Platforma interaktiv kurslar, qiymətləndirmə sistemləri, sertifikasiya imkanı, CV bazası və karyera dəstəyi vasitəsilə istifadəçilərin peşəkar inkişafına xidmət edəcək.

Layihə çərçivəsində platformanın saytının təqdimat mərasimi də keçirilib. Təqdimat mərasiminin açılışına Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva başlayıb. Daha sonra Gənc Mühasiblər İctimai Birliyinin əməkdaşlıq etdiyi  Financial Chain Corporation şirkətinin direktor müavini Valid Hüseynov layihə barədə fikirlərini bölüşüb. Sonra isə saytın təqdimatı üçün söz icraçı direktor Qərənfil Rəhmanovaya verildi.  Sayt iştirakçılara  təqdim edildikdən sonra  sayt haqqında fikirlər və suallar səsləndirildi.

Bu təşəbbüs Azərbaycanda mühasibatlıq sahəsində rəqəmsallaşmaya töhfə verməklə yanaşı, gənclərin bilik və bacarıqlarını artırmaq, həmçinin əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət edir.



PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qaya Məmmədov: Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Növbəti xəbər

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

1 həftə əvvəl
Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

1 ay əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Dövlət Bayrağı Gününün mənəvi əhəmiyyəti

1 ay əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Ehtiram Mehtiyev: Prezidentin amnistiya təşəbbüsü humanizmə və milli birliyə çağırışdır
Gündəm

Ehtiram Mehtiyev: Prezidentin amnistiya təşəbbüsü humanizmə və milli birliyə çağırışdır

53 dəqiqə əvvəl
“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı
Gündəm

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

5 gün əvvəl
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi
Gündəm

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

5 gün əvvəl
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Gündəm

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

6 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Şahin İsmayılov: Azərbaycan-Slovakiya əməkdaşlığının dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.