İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Fevral, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Gənc Mühasiblər İctimai Birliyi Gürcüstanda “Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması”-nın ilk Forumunu keçirdi

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması” layihəsinin icrasını davam etdirir.

Belə ki, Yaşıl iqtisadiyyatın və eko-sahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən eko-sahibkarlığın xüsusiyyətlərinə biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaq layihənin əsas məqsədidir. Bu məqsədlə Gürcüstanın paytaxtı Tiflisdə 21 dekabr 2024-cü il tarixində gənc sahibkarların, dövlət nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib. Gürcüstanda olan Peşəkar Maliyyəçilər Assosiyasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi forumun keçirilməsində təşkilati dəstəyini göstərərək öz tərəfdaşlıq niyyətlərini nümayiş etdilər.

Tədbirdən əvvəl ekspertlərlə birlikdə Ümummilli Lider Heydər Əliyev parkında Ulu Öndərin büstü ziyarət edilmişdir. Forumun aparıcısı Rəqsanə Şıxıyeva tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyini təqdim edib.  Daha sonra Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri səsləndirilib. GMİB-in sədri Solmaz Əliyeva çıxış edərək tədbiri açıq elan edib və layihənin məqsədləri haqqında məlumat verib. Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin noyabr ayında Bakıda COP 29 tədbirinin açılış mərasimindəki çıxışının video yazısı təqdim edilib. Daha sonra Forumda Azərbaycan və Gürcüstandan olan mümayəndələrin iştirakı ilə panel müzakirəsi keçirilib. Müzakirədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri Amin Məmmədov, Tbilisi şəhər Gənclər və təhsil mərkəzinin nümayəndəsi Rezo Həsənov, SOCAR Georgia-nın PR meneceri Aygün İsayeva, CSR konsultantı Ana Kukhaleishvili spiker kimi çıxış edərək “Günümüzdə olan Yaşıl İqtisadiyyatın Əsas Prinsipləri və İnkişaf Perspektivləri, Yaşıl Sahibkarlıq: Ekoloji Yönümlü İş Modelləri, Yaşıl Texnologiyalar və İnnovasiyalar: Gələcəyin İş Dünyasında Rolu, İqlim Dəyişiklikləri ilə Mübarizədə Yaşıl İqtisadiyyatın Rolunun Artması, Ekoloji Sahibkarlığın əsas  çətinlikləri” mövzularında öz fikirlərini bildirmişdirlər. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələri Pərvanə Cəlallı və Bənövşə Qasımova də iştirak etmiş və Gənclər Fondunun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmışlar.

Daha sonra forumda yeni yaradılmış Platformanın saytı təqdim edilmişdir. Saytın yaradılmasında məqsəd gənclər arasında yaşıl iqtisadiyyat və eko-sahibkarlıq sahələri üzrə beynəlxalq problemlərin, təcrübələrin müəyyən edilməsi, müxtəlif ölkələr ilə təcrübə mübadiləsi, “Yaşıl İqtisadiyyatın” gənclər arasında təbliğ olunması, bununla da vahid platformanın formalaşdırılması, həmçinin bu layihənin davamlılığının təşkil edilməsidir. Sayta üzv olmaqla platformanın bir üzvü kimi bu tədbirlərdə yaxından iştirak etmək imkanları barədə məlumat verilmişdir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb

Növbəti xəbər

Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sülh gündəliyinin müəllifi kimi Azərbaycan lideri

5 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Müasir dövrdə gənclər siyasətinin davamlılığı

1 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

3 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

1 ay əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Dünya azərbaycanlıları üçün mənəvi körpü

1 ay əvvəl
Növbəti xəbər
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama

Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti - Açıqlama

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Partiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirir

5 saat əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!

4 gün əvvəl
Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər
Gündəm

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

4 gün əvvəl
Güclülərin dünyasında yeni səhifə: regionda yeni geosiyasi arxitektura
Gündəm

Güclülərin dünyasında yeni səhifə: regionda yeni geosiyasi arxitektura

4 gün əvvəl
Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib
Gündəm

Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.