İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Güclü dövlət, güclü ordu

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ali Baş Komandan: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək”.

Azərbaycan Silahlı Qüvvələri ildən-ilə inkişaf edərək daha da güclənir. Silahlı Qüvvələrdə təkmilləşmənin aparılması, kompleks tədbirlərin görülməsi, yeni təyinatların olması da bu inkişafa təkan verən amil kimi hesab olunmalıdır. Əlbəttə ki, ordumuzun əsas strategiyası Azərbaycan torpaqlarını etibarlı müdafiə etməkdir. Ali Baş Komandan, Prezident İlham Əliyev bu məsələni hər zaman xüsusi vurğulayıb. Əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müstəqilliyin qorunması və güclü, peşəkar orduya sahib olmaqdır. Birinci hədəf dövlətçiliklə bağlı olan məsələlərdir. Bu istiqamətdə nə gərəkirsə Ali Baş Komandan edir. Bu baxımdan həm beynəlxalq siyasətdə, həm də təbliği olaraq, həm də ordu qurculuğu sahəsində ardıcıl işlər aparılır. Elə bu işlərin sonu da Vətən müharibəsində şanlı Qələbəni təmin etdi. Orduda həyata keçirilən təkmilləşmə, döyüş hazılırğının gücləndirlməsi və ondan əvvəlki verilən qərarlar da hamısı buna xidmət edirdi. Prezident İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Ali Baş Komandan iyunun 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında bir daha bu haqda danışıb: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”. Azərbaycan ordusu daimi hücum mövqeyindəndir. Vətən müharibəsində ordudakı döyüş hazırlığında yeni keyfiyyətlər özünü göstərdi. Ordumuz həmişə güclü olub. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentimiz həmişə deyib ki, bizim ordumuz həm təchizatına, həm də şəxsi heyətin peşəkarlığına görə Qafqazda ən güclü ordu sayılır. Çünki ordumzun əsgər heyəti və zabit kadrları öz millətimizdəndir. Ali Baş Komandan orduya müstəsna diqqət və qayğı göstərir. Bu baxımdan orduda daima yeni quruculuq işləri görülür. Cənab Prezident bütün cəbhə bölgələrini gəzib, hərbi təlimlərdə, yeni hərbi hisslərinin bir çoxunun açılşında iştirak edib. Orduda xeyli islahatlar həyata keçirilib. Ordu bir canlı mexanizmdir. Təbii ki, bu proses daimi yenilənir. “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var” deyən cənab Prezident xalqın istədiyi kimi yüksək, mobil ordu yaradır.
Azərbaycan həmişə Qarabağ torpaqlarının azad edilməsi uğurunda mübarizə aparıb. Azərbaycan tərəfi işğal altında olan torpaqların hər zaman sülh yolu ilə azad edilməsinin tərəfdarı idi. Cənab Prezident dəfələrlə xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnun özündə saxladığını bildirmişdir. Lakin Ermənistan sülh danışıqlarına məhəl qoymayaraq təcavüzkarlığını davam etdiriridi. Dövlətimizin başçısı çıxışında bir daha bu haqda fikrini bildirmişdir: “Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi”.
Azərbaycan hər zaman sülhün tərfdarı olub. Bundan sonra da Azərbaycan sülhün əldə olunması üçün mübarzəsini davam etdirəcək. Dövlətimizin başçısı bildirib ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır: “Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır”. Biz istəyirik ki, müharibə olmasın. Güclü dövlətimiz, ordumuz var deyə, bizə kimsə diqtə edə bilməz. Bunu Ali Baş Komandan çıxşında qəti olaraq qeyd etdi: “Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”. Artıq dünya dövlətləri Vətən müharibəsində bir daha gördü ki, güclü ordumuz var və ona görə də bizlə hesablaşırlar.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ümummilli Liderin qalibiyyəti

Növbəti xəbər

Ceyhun Məmmədov: Azərbaycan ordusu böyük inkişaf yolu keçib

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Prezidentin Macarıstan səfəri: Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının yeni mərhələsi

1 həftə əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

3 həftə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Sosial

Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhə verdiyi töhfə

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixdən alınan miras

2 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Ceyhun Məmmədov: Azərbaycan ordusu böyük inkişaf yolu keçib

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.