İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Göygöl Peşə Məktəbində keçirilən “Açıq qapı” günü yüksək əhval-ruhiyyə və unudulmaz anlarla yadda qaldı

Peşə Məktəbində təşkil olunan “Açıq qapı” günü tədbiri qonaqların, müəllimlərin və tələbələrin fəal iştirakı ilə böyük coşqu və yüksək əhval-ruhiyyə şəraitində keçirildi. Tədbir çərçivəsində məktəbin müxtəlif ixtisasları, tələbələrin hazırladıqları əl işləri, layihələr və əldə etdikləri nailiyyətlər nümayiş etdirildi. Sərgilənən işlər qonaqlar tərəfindən maraqla qarşılandı və gənclərin yaradıcılıq potensialını bir daha nümayiş etdirdi.

Tədbirdə məktəbin direktoru Kəmalə Nəhmədova çıxış edərək təhsil ocağımızın fəaliyyəti, gələcək inkişaf istiqamətləri, qarşıya qoyulan hədəflər və tələbələrin peşəkar inkişafı naminə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verdi. O, çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və xüsusilə peşə təhsilinə göstərdiyi diqqət və qayğını vurğulayaraq yaradılan imkanlara görə minnətdarlığını ifadə etdi. Həmçinin Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Direktor gənclərin müasir peşələrə yiyələnməsinin vacibliyini qeyd edərək onların uğurlu gələcəyi üçün yaradılan imkanlardan bəhs etdi.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi təşkilat, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, gənc alim və Prezident təqaüdçüsü Elnur Həsənov, Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin şagirdləri, Gəncə-Daşkəsən Turizm Agentliyinin nümayəndələri, Kainat Travel şirkətinin əməkdaşları, Göygöl Şərab Zavodunun mütəxəssisi Rasim Ömərov, Göygöl Gənclər Evinin əməkdaşları, Göygöl Rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov və YAP Göygöl rayon təşkilatının nümayəndəsi Semur Əsgərov iştirak etmiş və çıxışlar etmişlər.

Kəmalə İbrahimova çıxışında ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, Prezident cənab İlham Əliyevin təhsil və peşə təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etmişdir. O qeyd etmişdir ki, dövlət tərəfindən peşə təhsilinin inkişafı istiqamətində görülən işlər gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların peşəkar kadr kimi formalaşmasına geniş imkanlar yaradır. Kəmalə İbrahimova vurğulamışdır ki, müasir dövrdə yalnız ali təhsil deyil, peşə bacarıqlarına yiyələnmək də böyük əhəmiyyət daşıyır. O bildirmişdir ki, bu gün ölkəmizdə ali təhsilli gənclərin də peşə təhsilinə maraq göstərməsi dövlətin həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir. Çıxışında gəncləri dövlətə, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər kadrlar kimi yetişməyə çağırmışdır.

Eyni zamanda tədbirə mədəniyyət nümayəndələrinin və musiqiçilərinin iştirakı xüsusi rəng qatmışdır. Musiqiçilərin canlı ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmış, tədbirin daha da yaddaqalan və coşqulu keçməsinə səbəb olmuşdur.

Qonaqlar tədbir zamanı gənclərlə görüşərək öz bilik və təcrübələrini bölüşmüş, onların gələcək karyera seçimləri ilə bağlı dəyərli tövsiyələr vermişlər. Tədbirdə uğurlu məzunların çıxışları, müxtəlif sərgilər və İrəvan rəqs qrupunun rəngarəng təqdimatları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.





PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

Növbəti xəbər

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

Əlaqədar Xəbərlər

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

3 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

6 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

6 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

2 həftə əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

19 saat əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

3 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.