İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Fevral, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Görünmədən görmək, ölmədən dönmək

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır”.

Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər edib, döyüşlərdən çıxıb. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərib. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevriliblər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçiblər. Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir. Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb. Prezident İlham Əliyev 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdimetmə mərasimində demişdir: “Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur”. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, su üstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir.
Ali Baş Komandan mərasimdəki çıxışında bildirib ki, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır: “Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi”. Həmçinin cənab Prezident Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin rolunu yüksək qiymətləndirmişdir: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi”. Ölkəmizin ictimai-siyasi həyatında ölkə Prezidentinin şəxsən nəzarəti altında aparılan şəffaflığın gücləndirilməsi, dövlət orqanlarının işinin təkmilləşdirilməsi siyasəti hər bir sahədə, eləcə də Silahlı Qüvvələrdə uğurla icra edilməkdədir. Cənab Prezindentin dediyi kimi, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir: “Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”. Silahlı Qüvvələrimiz hər zaman ölkəmiz üçün ən vacib sahədir. Peşəsi vətəndaşlarımızı qorumaq, torpaqlarımızın keşiyində olmaq olan ordumuzla bağlı yazılarda hər zaman həssaslıqla yanaşılmalı, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti nəzərə alınmalıdır. Bu ordu işğalda olan ərazilərimizi şərəflə döyüşərək düşməndən azad etmişdir. Müzəffrə Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü qəhrəmancasına qoruyur.
Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərmişdir. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevrilmişlər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçmişlər. Koroğlu, Babək kimi adlar bizim tarixi keçmişimizə aid olsa da, xalqımız üçün bu gün də qəhrəmanlıq, cəsurluq nümunələridir, hər bir Azərbaycan gənci üçün örnəkdir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

105 yaşlı Milli Ordu

Növbəti xəbər

Ümummilli Liderin qalibiyyəti

Əlaqədar Xəbərlər

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

20 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

23 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

1 gün əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

2 gün əvvəl
Növbəti xəbər
Ermənistan sülh reallığını dərk etmirsə…

Ümummilli Liderin qalibiyyəti

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

20 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.