İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, gənclər siyasətinin xüsusi rolu vardır

10 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi, “Vətənpərvərlik” anlayışı çox dərin məna kəsb edən, sözün həqiqi mənasında doğma Vətənə ürəkdən bağlı olmaq, onu qorumaq və uğrunda heç nəyi gözə almadan canını fəda etmək qədər İlahi sevgini özündə əks etdirən gözəl bir duyğudur. Şübhəsiz ki, Azərbaycan xalqının keçmişi, elm, təhsil, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhrəmanlıq tarixi və dövlətin müasir inkişaf strategiyası gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Hesab edirəm ki, hər bir dövlətin mövcudluğu, gələcək uğurları, məhz gənclərin bugünkü tərbiyəsindən və düzgün şəkildə formalaşmasından çox aslıdır. Faktiki olaraq, gənclərin ideoloji baxımdan hazırlığı, doğrudan da, hərtərəfli və düşünülmüş ardıcıl gənclər siyasətinin nəticəsində reallaşa bilər. Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin zəngin, mənalı, xalqına və vətəninə həsr olunmuş həyat yolu gənclərimiz üçün bir örnəkdir. Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi istiqamətində atılan addımlar çox dəyərlidir və gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün, Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Gənclər siyasətində milli, dövlətçilik maraqlarının prioritet olması, məhz 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində həlledici rol oynadı. Faktiki olaraq, həmin müharibədə əsas missiyanı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Doğrudan da, Vətən uğrunda, döyüşənlərin böyük əksəriyyəti həmin gənclər idi. Onlar Qarabağ uğrunda, Vətən naminə, milli ləyaqətimizin qorunması üçün qəhrəmanlıq göstərərək Şəhid oldular və qazi kimi müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydı, bəlkə də, müharibənin nəticəsi haqqında indiki kimi qürurla danışa bilməzdik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ”Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” Proqramı təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 fevral tarixli 28 saylı sərəncamı ilə təsdiq edilmişdir. Proqramda nəzərdə tutulur ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə, yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və Vətənin azadlığı uğurunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Proqramın əsas məqsədi isə, gənclərdə Vətənə dərin məhəbbət, onun tərəqqisi üçün çalışmaq və müdafiə etmək hissi aşılamaqdan ibarətdir.

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev: – “Gənclərimiz bizim tariximizi, keçmişimizi, dilimizi və milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi və tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, onu sevmək və torpağa bağlı olmaq deməkdir.”

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev: – “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır, çünki bu gün, bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalı, Vətənə bağlı olmalı, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalı, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməli və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə də, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.

Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir.  Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan igid gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında Şəhid olan Azərbaycanın qəhrəman övladlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız bütün işlərdə ön plana keçməlidir. Müstəqil Azərbaycan dövlətində yaşayan hər bir gənc, ilk növbədə bu dövlətin müstəqilliyinin  təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub-saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil, həm də, xalqımızın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin üzərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin, həm bu günü, həm də, onun gələcəyidir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan hər zaman olimpiya oyunlarında yüksək nəticələr əldə etməyə çalışıb

Növbəti xəbər

Azərbaycanın idman uğurları

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

5 gün əvvəl
Növbəti xəbər
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi

Azərbaycanın idman uğurları

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.