İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə İqtisadiyyat

Etibarlı iqtisadi təhlükəsizlik

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır”

Bu gün Azərbaycan dövlətinin neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzində saxlaması mühüm əhəmiyyət kəsb edir. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli investisiyalar yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını şərtləndirir. Təsadüfi deyil ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və beynəlxalq ekspertlər Azərbaycan iqtisadiyyatının dünya dayanıqlılığını birmənalı şəkildə və dəfələrlə etiraf ediblər. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin iqtisadi inkişafını xüsusi vurğulayıb. Ölkə başçısı qeyd edib ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi: “Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır”. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı var. Azərbaycan öz valyuta resurslarını ildən-ilə artırır. Cənab Prezidentin dediyi kimi, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”, – deyə dövlətimizin başçısı qarşıdakı planları açıqlayıb. Əlbəttə ki, artan  valyuta ehtiyatları dövlətimizin gələcək işləri üçün də yaxşı şərait yaradır. Bununla yanaşı, vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı dövlət büdcəsinin əsas mənbəyi hesab olunur. Azərbaycan büdcə vəsaitindən çox qənaətlə istifadə edir. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olunur. Məlumdur ki, bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Prezident İlham Əliyev deyib ki, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq: “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə”.

Mütəxəssislərin fikrincə, həyata keçirilən neft strategiyası nəticəsində əldə edilən gəlirlər hesabına dövlətimizin etibarlı iqtisadi təhlükəsizliyi təmin edilib. Azərbaycan aparılan tarazlaşdırılmış iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranından üzüağ çıxdı. Burada bir məqama diqqət yetirmək lazımdır ki, həmin zaman ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlığa dəstəyin artırılmasına, geniş abadlıq-quruculuq işlərinin aparılmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial-müdafiəsinin gücləndirilməsinə, irimiqyaslı irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradılmışdı. Respublikada yaranmış sabitlik və normal iqtisadi mühit təbii sərvətlərlə zəngin olan Azərbaycana marağı artırıb. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz buna görə də Azərbaycan iqtisadiyyatının günü-gündən inkişaf etməsi, sahibkarlıq və biznes mühitinin yaxşılaşması beynəlxalq hesabatlarda da öz əksini tapıb. Cənab Prezident də müşavirədə bildirib ki, ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir: “Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Azərbaycan dövlətinin gəlirlərinin artması iqtisadiyyatın digər sahələrinin də dirçəldilməsinə əlverişli imkanlar yaradıb. Bu imkanlardan hərtərəfli və düşünülmüş şəkildə istifadə olunması xalqın rifahının yaxşılaşmasında da özünü göstərir. Qeyri-neft sektoruna diqqət yetirilməsi lazımi nəticəni verib. Qazanılan uğurlar tez bir zamanda özünü regionlarda iqtisadi fəallığın artmasında, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında, təbii ehtiyatlardan səmərəli istifadə edilməsində, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında və ən vacibi yoxsulluğun səviyyəsinin azaldılmasında özünü göstərib. Bu gün qazanılmış iqtisadi nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin yüksək səmərəliliyinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan iqtisadiyyatındakı bu uğurlar vətənimizin tərəqqisi naminə dövlətin inkişafı istiqamətində görülən çox uğurlu siyasətdir.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur

Növbəti xəbər

Sülh anlaşmasına doğru

Əlaqədar Xəbərlər

Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək
İqtisadiyyat

Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək

9 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
İqtisadiyyat

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artacaq

1 il əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
İqtisadiyyat

Ceyhun Məmmədov: Bu Layihə ölkəmiz üçün çox faydalı olacaq

1 il əvvəl
“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR
İqtisadiyyat

“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR

1 il əvvəl
Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama
İqtisadiyyat

Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama

1 il əvvəl
Enerji istehsalı üçün yeni imkanlar yaradılır
İqtisadiyyat

İqtisadi islahatların müsbət nəticələri

1 il əvvəl
Növbəti xəbər
Azərbaycan və Türkiyənin vahid qardaşlıq mövqeyi

Sülh anlaşmasına doğru

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

3 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

3 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.