İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Fevral, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın dünyanın əksər dövlətləri ilə həm siyasi, həm də iqtisadi əlaqələri genişlənməkdədir. Bu əlaqələr qarşılıqlı inama, etibara, etimada və ehtirama əsaslanır. Azərbaycan dövləti neçə-neçə beynəlxalq dünyəvi təşkilatın üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da belə təşkilatlardan biridir.

İyul ayının 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu tədbir iqtisadi əlaqələr formatında siyası əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş tədbir kimi xarakterizə edilməlidir. Mahiyyəti baxımından Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, ECO-nun Zirvə görüşü Azətbaycanda üçüncü dəfə keçirilir.  Dövlət başçımız bunu-bugünkü Zirvə görüşününün Qarabağda Xankəndi şəhərində keçirilməsini Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına ehtiram kini dəyərləndirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu Zirvə görüşününün 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün, bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün məntiqi davamı kimi xarakterizə etdi. Uzun illər Ermənistanın işğal altında qalmış Xankəndi şəhəri 2020-ci ildə “Vətən müharibəsi” və 2023-cü ildə “lokal xarekterli antiterror əməliyyatı” ilə Azərbaycanın tam nəzarətinə qaytarıldı. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi bir sıra siyasi mesajlar verir.  Çünki Azərbaycan xalqı üçün Xankəndi, sadəcə, coğrafi məkan deyil, milli kimliyin, tarixi yaddaşın və mədəni irsin bir parçasıdır. Bu şəhərdə belə mühüm tədbirin keçirilməsi təkcə diplomatik deyil, həm də ideoloji və mənəvi qələbədir. Eyni zamanda beynəlxalq liderlərin Xankəndiyə səfəri bölgədə təhlükəsizliyin və nəzarətin tam təmin olunduğunun dünyaya nümayiş etdirilməsi baxımından önəmlidir. Zirvə görüşü, digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesinin canlı nümayişinə çevrildi. Zirvə iştirakçılarına Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları, kənd təsərrüfatı zonaları, nəqliyyat dəhlizləri, “yaşıl enerji zonası”,  “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları  haqqında məlumat verildi. Bununla da Qarabağın artıq münaqişə zonasından regional inkişaf və əməkdaşlıq bölgəsinə çevrildiyi bütün dünyaya çatdırıldı.  Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”. Davamlı inkişaf və iqlim dəyişikliyi, regional nəqliyyat, logistik infrastruktur, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və “yaşıl enerji” kimi məsələlərin müzakirə edildiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə rəsmi tədbir deyil, dərin məna daşıyan tarixi hadisədir və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı olduğunun və ölkəmizin mühüm  platformaya çevrildiyinin göstəricisidir. Həmçinin bu tədbir Azərbaycanın suverenliyinin təsdiqi, Qarabağın inteqrasiyası,  regional sabitliyin və əməkdaşlığın təşviqi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və  İqtisadi Əməkdaşlıq Təşkilatının rolunun güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir: “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”.

Qərbi azərbaycanlıların qayıdış məsələsinin beynəlxalq təşkilatların müstəvisinə çıxarılması önəmli hadisədir: “Həqiqətən də Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnun İƏT tərəfindən dəstəklənməsi önəmli məqamdır. Çünki İƏT sıradan bir təşkilat deyil. 57 müsəlman ölkəni özündə birləşdirən bir nüfuzlu qurumdur. Belə bir təşkilatın Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməsi Ermənistana bir mesajdır. Çünki nəzərə almaq lazımdır ki, dünyada 200-ə qədər müstəqil dövlət var. Onlardan 57-si müsəlman dövlətdir və əhalinin sayına görə ciddi çəkiyə malikdir.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

Növbəti xəbər

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

Əlaqədar Xəbərlər

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib
Gündəm

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

3 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

3 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

4 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib
Gündəm

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

3 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

3 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

4 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.