İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 İyul, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistan sülh reallığını dərk etmirsə…

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər”

Hazırda ABŞ və Rusiya, eləcə də Avropa İttifaqı  Cənubi Qafqazda mövqelərini qorumaq üçün Qarabağ kartından yararlanmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tərəflərin görüşləri intensivləşib. Əlbəttə ki, vasitəçi tərəflər bununla həm də siyasi manevrlərə də edirlər. Hər halda hər birinin “sülh sənədi” var. Lakin bizim üçün maraqlı olan sülhün yaranmasıdır. Belə demək mümkünsə, aparılan son danışıqlarda Ermənistanın baş naziri Paşinyanı sülh üçün yola gətiriblər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sülh razılaşmasının əldə olunmamasının və prosesin müxtəlif bəhanələrlə ləngidilməsinin təqsirkarının Ermənistan tərəfinin olduğunu bəyan edib. Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində çıxışında bu mövzuya bir daha toxunub: “Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər”. Brüsseldə Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımasının normallaşma prosesinə çox böyük faydası var. Son Kremil görüşlərində də aydın göründü ki, Rəsmi İrəvanın bunu qəbul edətməsinə Rusiya da öz etirazını bildirmir. Hərçənd, bu,  Ermənistan cəmiyyəti, eləcə də ABŞ və Qərbdəki ermənilərin maraqlarına zidd mövqedir. Xüsusən erməni lobbisi Paşinyan hakimiyyətinin Ermənistanın maraqlarına xəyanət etdiyinə eyham vuran bəyanatlar yayırlar. Görünür, Paşinyan ona yönəlik kütləvi etiraz dalğasından qorxuya düşərək mayın 25-də Kremildə Rusiya Prezidenti Vladimir Putinin sözünü kəsərək yersiz iddialar səsləndirdi və həmişəki kimi yenə də gülüş hədəfi oldu.

Prezident İlham Əliyev Laçında bildirb ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”. Azərbaycan ildən-ilə daha da güclənir. Eyni zamanda dövlətimizin beynəlxalq əlaqələri genişlənir və möhkəmlənir. Ermənistan isə heç bir halda Azərbaycanla müqayisəyə gəlmir.  Çünki bu işğalçı ölkə ildən-ilə daha da zəifləyir. Ermənistan daxilindəki separtist qüvvələr hesabına tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə kütləvi köç hələ də müşahidə olunmaqdadır. Bu gün Ermənistan və Qarabağdan köç edən ermənilərin yerini kimlərin tutacağı sual altındadır. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan təcrid vəziyyətinə düşüb. Bu istiqamətdə ölkəmiz səylərini davam etdirir. Azərbaycan Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda ifşa edir. Bu siyasətin nəticələri də özünü göstərməkdədir.

Sülh prosesinin süni surətdə ləngidilməsi nə Ermənistan, nə də regionumuz üçün müsbət heç nə vəd etmir.  Ermənistan sülh danışıqlarının əngəlməsinə görə yaranan regional inkişaf problemlərinə görə məsuliyyət daşıyır. Azərbaycan isə regional inkişaf və sabitliyin yaranmasına çalışır. Bunun üçün də Cənubi Qafqazda davamlı sülh olmalıdır. Aparılan ikitərfli və üçtərfli görüşlərdən də görünür ki, Azərbaycan diktəedici mövqe sərgiləyr. Azərbaycanın sülüh üçün 5 baza prinsipləri ilə bağlı təklifləri Ermənistan tərəfindən qəbul olunub. Normallaşma prosesi ancaq Azərbaycanın maraqları çərçivəsində aparılmalıdır. Ermənistan isə bu reallığı dərk etməyərək yalan iddialara söykənir. Lakin hələ də anlamır ki, əsassız iddialara söykənmək mümkün deyil. Çünki dünya artıq Ermənistanın yalanlarına inanmır. Cənab Prezident Laçında Ermənistan və beynəlxalq aləmə öz mesajını verib: “Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”. Ermənistanın qeyri-konstruktiv mövqeyi hadisələrin neqativ yön almasına gətirib çıxra bilər. Bu da Cənubi Qafqaz regionu üçün yeni təhlükə yarada bilər. Azərbaycan regionun gələciyini düşünür. Buna görə də sülh təklifində qalır. Bu baxımdan Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ermənistan sülhü xoşluqla qəbul etməsə dövlətimizin qüdrəti bunu güc yolu ilə qəbul etdirməyə çatar. İşğalçı Ermənistan 44 günlük Vətən müharibəsindən dərs götürməlidir. Ermənistan sülhdən yayınarsa, yenidən qarşısında “dəmir yumruq” görəcək…

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Böyük Qayıdış proqramı reallaşmaqdadır

Növbəti xəbər

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

15 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

2 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

6 gün əvvəl
Növbəti xəbər
FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

15 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

2 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.