İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sentyabrın 5-də Şamaxı rayonunun Mərzəndiyə kəndində təmiz su ilə təminatı yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihənin tamamlanması münasibətilə kənd sakinləri ilə görüş keçirilib.

İnformasiya.az xəbər verir ki, layihə “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Coca-Cola” Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə icra olunub.

Layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəməri çəkilib. Su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin olunub, kəndin içində 60 kubmetrlik su çəni tikilib. Daha sonra kənd daxilində şəbəkə xətləri çəkilərək hər evə sayğaclı və davamlı su verilməsi təmin edilib.

Nəticədə Mərzəndiyə kəndinin 1350 sakini təmiz su ilə təmin olunub. Kəndə çəkilən suyun illik həcmi təqribən 146 milyon litr olaraq hesablanıb.

Tədbirdə “EcoHub” İctimai Birliyinin sədri Tükəzban Ağababayeva, “Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova, ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Şamaxı RİH-nin başçısı Tahir Məmmədov iştirak ediblər. Dövlət və özəl sektor nümayəndələri layihənin icrasının tamamlanmasını qeyd edərək kənd sakinlərini təbrik ediblər.

“EcoHub” İctimai Birliyinin sədri Tükəzban Ağababayeva tədbirdə çıxış edərək bildirib:
“Mərzəndiyə kəndində həyata keçirdiyimiz bu layihə göstərdi ki, dövlət qurumlarının gördüyü irimiqyaslı işlərə əlavə dəstək və özəl sektorun sosial məsuliyyət təşəbbüsləri birləşəndə böyük nəticələr əldə etmək mümkündür. “EcoHub” olaraq biz hər zaman sektorlararası əməkdaşlığın gücünə inanırıq və bu layihə həmin əməkdaşlığın bariz nümunəsidir. Sevindirici haldır ki, 1350 nəfər sakinin gündəlik həyatında böyük dəyişiklik baş verdi və hər bir evə dayanıqlı, keyfiyyətli içməli su çatdırıldı. Bu uğuru tərəfdaşlarımızla birlikdə paylaşmaqdan qürur duyuruq.”

“Coca-Cola” şirkətinin baş direktoru Rəna Məmmədova bildirib:
“Coca-Cola” fəaliyyət göstərdiyi hər bir ölkədə cəmiyyətin inkişafına və icmaların həyat şəraitinin yaxşılaşmasına dəstək olur. Biz çox şadıq ki, Fondun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində Mərzəndiyə kəndinin 1350 sakininin təmiz su əldə etməsinə kömək etdik və bundan qürur duyuruq. Bu mühüm layihənin uğurla həyata keçirilməsində ADSEA-ya, Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub”-a təşəkkür edirik.”

ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov vurğulayıb ki, layihənin davamlı olması üçün işlər görülməyə davam edəcək:
“Mərzəndiyə kəndini su ilə təmin etmək üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və nəhayət, biz uğurlu nəticə əldə etmişik. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu layihələrin sayı çox olacaq.”

Şamaxı RİH rəhbəri Tahir Məmmədov isə bildirib:
“Dövlətimizin diqqəti və özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün tərəfdaşlarımıza minnətdaram.”

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev isə qeyd edib ki, bu layihə kəndin ən böyük ehtiyacını qarşılayaraq sakinlərin həyatını müsbət yöndə dəyişib.

Tədbir çərçivəsində dövlət və şirkət nümayəndələri kənd ərazisini gəzərək görülən işlərlə tanış olub, sakinlərlə görüşüblər. Daha sonra kəndin ağsaqqalı, tanınmış ziyalı aşıq Ağamurad Şirvanlının evinə baş çəkərək onunla səmimi söhbət ediblər.

image-ecohub_-10

image-ecohub_-1

image-ecohub_-12

image-ecohub_-11

image-ecohub_-13

image-ecohub_-6

image-ecohub_-4

image-ecohub_-16

image-ecohub_-15

image-ecohub_-14

image-ecohub_-7

image-ecohub_-5

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov Milli Məclisdə vətəndaş qəbulu keçirib

Növbəti xəbər

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

Əlaqədar Xəbərlər

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

2 həftə əvvəl
Məktəblilər arasında yallı festivalı keçiriləcək!
Sosial

Məktəblilər arasında yallı festivalı keçiriləcək!

2 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir

3 həftə əvvəl
Növbəti xəbər
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.