İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Aprel, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Dövlətimizin təhlükəsizliyinə və beynəlxalq nüfuzuna yönələn istənilən addım qəbuledilməzdir

2 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində baş vermiş hadisə bir daha göstərdi ki, bəzi radikal qruplar siyasi fikir müxtəlifliyini təxribat və ixtişaşla qarışdırmağa davam edirlər.

İnformasiya.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehtiyev özünün feysbuk səhifəsində yazıb:

“Dövlət başçısının təhlükəsizliyinə yönəlmiş hər hansı fiziki müdaxilə cəhdi artıq siyasi mövqe deyil bu, açıq təhlükəsizlik təhdididir. Vaşinqton şəhərində, Waldorf Astoria mehmanxanasının qarşısında törədilən hərəkətlər nə ifadə azadlığıdır, nə də müxalifətçilik. Bu radikal ixtişaşçılıqdır. Müxalifətçilik siyasi alternativ təqdim etməkdir. Dövlətin rəhbərinə qarşı fiziki təhdid isə qanunazidd və məsuliyyətsiz davranışdır.

Xüsusilə beynəlxalq tədbir çərçivəsində, ev sahibi ölkənin təhlükəsizlik perimetri daxilində belə təxribat törətmək Azərbaycanın imicinə zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir. Tarix də göstərir ki, bu cür radikal üsullar heç zaman nəticə verməyib. Əksinə, ölkəmizin artan nüfuzuna və diplomatik mövqelərinə xələl gətirmək cəhdindən başqa bir məna daşımayıb.

Hesab edirəm ki, dövlətçilik məsələsi siyasi baxışlardan üstündür. Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq platformalarda ölkəmizi təmsil edərkən, hər bir vətəndaş fərqli mövqedə olsa belə milli maraqları şəxsi və ya qrup ambisiyalarından üstün tutmalıdır. Bir siyasi partiya olaraq bu cür təxribatçı və radikal hərəkətləri qətiyyətlə pisləyirik. Siyasi mübarizə yalnız hüquqi çərçivədə, sivil və mədəni üsullarla aparılmalıdır. Dövlətimizin təhlükəsizliyinə və beynəlxalq nüfuzuna yönələn istənilən addım qəbuledilməzdir.

Azərbaycanın artan gücü və beynəlxalq mövqeyi bu cür ucuz təxribatlarla sarsıla bilməz. Dövlətçilik məsuliyyəti hər kəs üçün qırmızı xətt olmalıdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.

Növbəti xəbər

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

Əlaqədar Xəbərlər

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

15 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

5 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

5 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

6 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

6 gün əvvəl
Növbəti xəbər
Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

15 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

4 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.