İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Dövlətin qadın siyasətinin uğurlu nəticələri

1 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır”

Azərbaycan qısamüddət ərzində çox böyük uğurlar əldə edib. Azərbaycanın demokratiya sahəsində uğur qazanmasını elə dekomratik ölkələrdən gələn qonaqlar da qeyd edirlər. Onlar Azərbaycan qadınlarının ölkənin inkişafina çox böyük töhfə veridiyini də məmnunluqla ifadə edirlər. Bu gün Azərbaycan qadınları seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bir neçə il öncə Amerikanın “Foreign Policy News” xəbər portalında “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqalə yayılmışdır. Məqaldə qeyd olunur ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdır. Həmçinin bildirilir ki, beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə – ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.
Azərbaycan qadınları son 30 ildə hər mərhələdə mühüm məsələlər ətrafında səfərbər olublar. Gələcəkdə də bu istiqamətdə fəallıq göstərəcəklərinə əminik. Şübhəsiz ki, qadınlarımız ölkəmizin siyasi, iqtisadi və ekoloji gündəliyində duran vəzifələrin yerinə yetirilməsi üçün öz öhdəliklərinə əsl vətəndaşlıq məsuliyyəti ilə yanaşırlar.
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində dəal vətəndaşlıq mövqeyini sərgiləyirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Bu gün seçkilərində onların fəal iştirakı yüksək səviyyədə təmin edilib. Partiya sıralarında qadınlar da təmsil olunurlar. Məsələn, hakim Yeni Azərbaycan Partiyasının üzlərinin 40 faizindən çox qadınlardır. YAP təşkilatının qadınlar şurasının üzvləri ictimai-siyasi həyatında aktivdirlər. Göründüyü kimi, Azərbaycan qadınları həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyində fəal iştirak edirlər. Seçkilərdə fəal, ən ləyaqətli, ziyalı qadınlar namizədliklərini irəli sürürlər. Təsadüfü deyil ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.
Bu gün Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi özünü qadınlara göstərilən diqqət və qayğıda göstərir. Dünyəvi dövlət olaraq Azərbaycanda da 8 mart rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Yeri gəlmişək, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur: “Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər”.
Azərbaycan qadınları beynəlxalq aləmdə də keçirlən tədbirlərə qatılır, öləmizin milli mənafeyini qoruyur, mədəniyyətimiz təbliğ edirlər. Xatırladaq ki, 1995-ci ildə Pekində keçirilən Qadın Problemləri üzrə IV Ümumdünya Konfransında ilk dəfə Azərbaycan qadınlarından ibarət nümayəndə heyəti iştirak etmişdir. Təxminən 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan qadınları Pekin konfransında yüksək səviyyədə təmsil olunublar. Həmin nümayəndə heyətinin tərkibində olan qadınlara xatirə hədiyyələri təqdim olunub. 1995-ci ildə Pekin konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Pekin konfransından sonra ölkəmizdə qadınların statusunun yaxşılaşdırılması sahəsində müəyyən edilmiş 12 strateji istiqamət üzrə çox güclü və əsaslı tədbirlər həyata keçirilmişdir. Azərbaycan hökuməti və dövlət başçısı bu məsələlərə xüsusi diqqət yetirir, respublikada gender siyasəti uğurla həyata keçirilir.
Azərbaycan qadınlarını beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin həyata keçirilməsinə verdiyi dəstək xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq və qadınların hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, tibb, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrdə həyata keçirilən irimiqyaslı layihələr, insanların sosial rifahının yaxşılaşmasına təsir göstərir.
Respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ildə-ilə daha da artır. Dövlətimizin qadın siyasəti özünəməxsusuluğu ilə seçilir. Ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakına imkan yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Ən çətin və mürəkkəb sahələrdə qadınlar uğur qazanırlar. Bu da Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin apardığı güclü qadın siyasətinin məntiqi nəticəsidir. Hər bir Azərbaycan qadınının demokratik, dünyəvi və müstəqil Azərbaycanın inkişafına bundan sonra töhfə verəcəyinə əminik.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

Növbəti xəbər

Azərbaycan qadının cəmiyyətin inkişafına töhfəsi

Əlaqədar Xəbərlər

Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

2 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
Daha inamlı gələcəyə doğru
Gündəm

Daha inamlı gələcəyə doğru

2 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

4 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu

Azərbaycan qadının cəmiyyətin inkişafına töhfəsi

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

2 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

2 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.