İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

23–25 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Orxan Əlixanlı layihənin aktuallığını əsaslandıraraq dövlət gənclər siyasətinin prioritet istiqamətləri kontekstində təşəbbüsün əhəmiyyətini vurğulamış, göstərilən institusional dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə etmişdir. Çıxış zamanı layihənin məqsədləri, vəzifələri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunmuşdur.

Daha sonra Fondun nümayəndəsi Seyfur Hacımuradov çıxış edərək ölkədə gənclər siyasətinin həyata keçirilməsində Fondun rolundan, gənclərin intellektual və vətəndaş potensialının inkişafına xidmət edən layihələrdən, habelə bu istiqamətdə əldə olunmuş institusional nəticələrdən bəhs etmişdir.
Layihə çərçivəsində üç gün ərzində hər biri 20 nəfər olmaqla ümumilikdə 100-dən artıq iştirakçı üçün seminar və təqdimatlar təşkil olunmuşdur. Proqram çərçivəsində dövlətçilik anlayışının nəzəri əsasları, onun fundamental prinsipləri, Azərbaycan dövlətçilik tarixinin mərhələləri, müasir dövrdə dövlət idarəçiliyinin prioritet istiqamətləri, eləcə də dövlətçilik ideologiyasının formalaşmasında tarixi liderlərin rolu elmi-praktik müstəvidə təhlil edilmişdir.

Müzakirələrdə müasir Azərbaycan dövlətinin formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri xüsusi olaraq qeyd edilmiş, onun müəyyənləşdirdiyi siyasi-strateji kursun davamlı inkişaf modelinin əsasını təşkil etdiyi vurğulanmışdır. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və praqmatik siyasətin dövlət suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpası və beynəlxalq mövqelərin gücləndirilməsi baxımından tarixi əhəmiyyəti diqqətə çatdırılmışdır.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, onun preambula hissəsi, əsas hüquq və vəzifələr sistemi, konstitusion dəyərlərin qorunmasında gənclərin rolu barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncama əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ideoloji və hüquqi mahiyyəti geniş şəkildə izah edilmişdir.
Diskussiya hissəsində gənclərin dövlətçilik ideologiyası əsasında formalaşdırılmasının strateji zərurət olduğu vurğulanmış, onların ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları və inkişaf prioritetlərini analitik şəkildə dərk etmələrinin vacibliyi qeyd edilmişdir.

Yekunda qeyd edilmişdir ki, bu qəbildən olan maarifləndirici təşəbbüslər gənclərin vətəndaş məsuliyyətinin artırılmasına, milli kimlik şüurunun möhkəmləndirilməsinə və dövlətə bağlılıq dəyərlərinin gücləndirilməsinə mühüm töhfə verir.



 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Əldə elə faktlar, elə dəlillər var ki, onların rezonans doğurmaması mümkün deyil” – Elşən Musayev

Növbəti xəbər

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

Əlaqədar Xəbərlər

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

11 dəqiqə əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

20 dəqiqə əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

4 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib

5 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

11 dəqiqə əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

20 dəqiqə əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.