İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Bəli, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız, bizim qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində dediyi sözlər həqiqət oldu: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarımızda qaldırılacaqdır. O anı biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Cənab Prezident həmişə olduğu kimi, verdiyi vədi yerinə yetirdi. 44 günlük Vətən müharibəsində və ötən üç ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində əldə olunan qələbə sayəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Artıq üç ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır.

Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, and yerimiz bayrağımız bu gün ən yüksək zirvələrdə dalğalanır. Üçrəngli bayrağımız həm də onu yüksəklərə ucaldan, doğma Vətəni uğrunda gözünü qırpmadan canını fəda edən şəhidlərimizin ruhunun daşıyıcısıdır. Bu gün hər bir azərbaycanlı Zəfərimizin nişanəsi, qürur mənbəyimiz bayrağımıza hörmət və sevgi göstərir, onu qorumağı və həmişə uca tutmağı müqəddəs borcu bilir, bir bayrağın altında sıx birləşərək onu daha uca zirvələrə qaldırır.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanla Özbəkistanı birləşdirən maraqlar

Növbəti xəbər

Azərbaycanı inkişafa aparan Konstitusiyamız 

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

17 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

1 gün əvvəl
Növbəti xəbər
Xankəndindən Zəfər çıxışı

Azərbaycanı inkişafa aparan Konstitusiyamız 

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

15 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.