İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputatların qarşısında böyük vəzifələr durur

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixli ilk iclasındakı çıxışında Prezident İlham Əliyev bir çox vacib məqamlara toxunmuşdur.

Milli Məclisin işinin daha keyfiyyətli təşkil edilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi önəmli məsələlərdən biri idi.

Artıq Azərbaycan parlamenti bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlamentdir.Hazırda Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunur. Avropa İttifaqının VI çağırış Milli Məclis seçkilərinin nəticəsinə dair verdiyi beynəlxalq qiymət seçkilərin tanınması üçün obyektiv bəyanatdır.

Ölkədə aparılan islahatlar mühüm xarakter daşıyır. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, o cümlədən digər dövlət orqanlarında yaranan arzuolunmaz mənzərənin aradan qaldırılması üçün mütəmadi kadr islahatları aparılır. Bu islahatlar prosesi Milli Məclisdən də yan keçə bilməzdi. Parlamentdə aparılan islahatların əsas mahiyyətlərindən biri də Milli Məclisin mənəvi cəhətdən qüsursuz olmasını təmin etmək idi.

Hazırda iqtisadi islahatların dərinləşməsi, siyasi sistemin gücləndirilməsi və milli dəyərlərimizin qorunması istiqamətində yeni qanunvericilik təşəbbüsləri irəli sürülür. Siyasi sistemi möhkəmləndirmək üçün siyasi islahatlar partiyalararası geniş dialoqlar aparılaraq həyata keçirilir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Xalqla daha sıx təmasda olaraq parlament iqtisadi sahədə görülən işlərlə bağlı öz rolunu artırmağa çalışır.

Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.

Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclər olduğunu nəzərə alaraq onların milli və vətənpərvərlik ruhunda tərbiyə alması, asudə vaxtlarının səmərəli təşkili və onların fəal işlərə cəlb edilməsi istiqamətində qanunvericilikdə yeni addımlar atılır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir və radikalizmə qarşı mübarizə daha geniş aparılır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak edirlər.

Azərbaycan daxili siyasətlə yanaşı xarici siyasətdə də uğurlu nəticələr əldə etməkdədir. Ölkəmizin Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb.

Azərbaycan müsəlman aləmində və türkdilli dövlətlərlə əməkdaşlığı istiqamətində, o cümlədən qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlərdə böyük nüfuza sahibdir.

Bütün bunlarla yanaşı qarşıda çox mühüm vəzifələr durur. Bu hədəf və məqsədlərə çatmaq üçün cəmiyyətin hər bir üzvünün səylə çalışmasına ciddi ehtiyac var.

Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edir.

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Növbəti xəbər

Müşfiq Səfərov: Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

3 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

5 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan Xalq Cümhüriyyətinin tarixi əhəmiyyəti

5 gün əvvəl
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu
Gündəm

Gələcək nəsillərə örnək

5 gün əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Müşfiq Səfərov: Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.