İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni uğurlara imza atacaq

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha parlaq gələcəyinə və yeni uğurların qazanılmasına heç bir şübhəsi yoxdur. Çünki, ötən dövrdə görülən işlər, aparılan məqsədyönlü siyasət və əldə olunan uğurlar göz qabağındadır. Məhz buna görə də, insanlar Prezidentə güvənir, Prezident isə bu inamdan güc alır. Fevralın 7-də keçirilən seçkinin nəticəsi də bunun bariz nümunəsidir.

 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

 

 

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı özündə bir çox məsələləri ehtiva edirdi. Çıxışına Azərbaycan xalqına təşəkkürünü ifadə edərək başlayan Prezident ardınca bir sıra vacib məqamlara toxundu. Prezidentin toxunduğu məsələlərin hər biri kifayət qədər ciddi və önəmli idi. Bunların bir qismi bu günə qədər görülən işlərlə bağlı olsa da böyük bir qismi gələcək hədəflərə işarə edən məsələlərdir. Gələcək planlar təbii ki, bütün sahələr üzrə yeni çağırışlara uyğun olaraq işlərin görülməsini əhatə edir. Cənab Prezidentin özünün də dediyi kimi, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirilib. Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa edən qalib dövlətə, dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşa, regionda aparıcı aktora çevrilib. Azərbaycan xalqı dövlət siyasətinin mərkəzində durur. Bütün sahələrdə əldə olunan uğurlar dostlarımızı sevindirib, düşmən və onların havadarlarını qəmə boğub. Azərbaycan xalqı heç bir şübhə etmədən inanır ki, yeni hədəflər də əldə olunan uğurlara çevriləcəkdir.

 

Şahin İsmayılov bildirib ki, ötən illər ərzində görülən işlərin miqyası olduqca böyükdür. Bütün bu işlərin görülməsi möhkəm iradə, əzm, hərtərəfli siyasət, vaxtında verilən düzgün qərarlar və atılan məqsədyönlü addımların sayəsində reallığa çevrilib. Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, cənab Prezidentin andiçmə mərasimində bu günə qədər görülən işlərlə bağlı səsləndirdiyi fikirlər tarixi xatırlatmaq məqsədini daşımırdı. Bunların hər biri gələcək işlər üçün açılan üfuqlərə, davamlı nəticələrə işarə edirdi. Prezidentin çıxışı konseptual, proqram xarakterli idi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik dövrünün bu günə qədər olan hissəsi, tarixi uğurlar və böyük nailiyyətlərlə yadda qalıb. İndi isə Dövlətçilik tariximizin yeni səhifəsi başlayıb və bundan sonrakı dövr yeni hədəflərlə xarakterizə olunur. Biz artıq qələbələrə öyrəşmiş xalqıq. Ötən dövrün davamı olaraq yeni qələbələrə də inanırıq. Bu inamın mənbəyi ölkə başçısının fəaliyyəti, xalqın ona olan güvəni bu inamın sarsılmazlığıdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni uğurlara imza atacaq və hər gün daha güclü Azərbaycanın vətandaşı olacağıq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

B-Girl [Lee] və B-Boy [Button] Red Bull BC One Cypher Azerbaijan-ın çempionları oldular

Növbəti xəbər

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd edildi

Əlaqədar Xəbərlər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

7 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

10 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Növbəti xəbər
YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd edildi

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd edildi

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

2 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.