İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və Gürcüstan qonşu olmaqla yanaşı, həm də etibarlı tərəfdaş kimi əməkdaşlığı genişləndirir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin qonşu ölkəyə dövlət səfəri, liderlərin mətbuata birgə bəyanatında xüsusi yer tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq idi. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə yönəlməsini stimullaşdırır. 3,7 milyard dollarlıq sərmayə həcmi və artan ticarət dövriyyəsi iqtisadi əlaqələrin real nəticələrini əks etdirir. Bu əməkdaşlıq yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da gücləndirə bilər.

Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir.

Görünən budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa ilə Asiya arasında əsas nəqliyyat körpüsünə çevirir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq “əsas nəqliyyat damarı” funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri – dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan iqtisadiyyatına ciddi töhfələr verir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Layihə çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu genişləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir.

Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur. Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər konkret iqtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir.

Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir.

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

Növbəti xəbər

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

5 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.