İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Coca-Cola-nın dəstəyi ilə ekoloji aksiya keçirilib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Coca-Cola Azərbaycan 22 Aprel – Yer Günündə “Hilton Baku” otelinin təşkilatçılığı və digər tərəfdaşların iştirakı ilə Bakının Bilgəh çimərliyinin ərazisinin məişət tullantılarından təmizlənməsinə dəstək olub.

Davamlı gələcək, hamı üçün daha təmiz, daha sağlam mühit yaratmaq və təbiətə faydalı olmaq məqsədilə keçirilən aksiyanın şüarı “Bizim B Planetimiz yoxdur!” olub. Aksiyada çimərlik ərazisindən müxtəlif növ tullantılar toplanılıb.

Coca-Cola bundan əlavə Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə artıq 13 ildir ki sahilyanı təmizlik aksiyası da həyata keçirir.  Həmin aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində hər il sentyabr ayında təşkil edilir. Bu aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.

Şirkət özünün “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda plastik tullantıların toplanması və təkrar emalını təşviq edən “HORECA Collection”, “Sıfır Tullantı”, “Təmiz Ölkəm” kimi layihələri də həyata keçirir.  “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Coca-Cola 200-dən çox ölkədə sərinləşdirici içki məhsulların istehsalı və satışını həyata keçirən qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və cəmiyyətdə fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Frank yox, Krank… Şvabe yox, Şvabra!” – Deputatdan SENSASİYA dolu yazı

Növbəti xəbər

Dənizkənarı Bulvarda “Wings for Life World Run”baş tutacaq – FOTO

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

6 gün əvvəl
Məktəblilər arasında yallı festivalı keçiriləcək!
Sosial

Məktəblilər arasında yallı festivalı keçiriləcək!

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir

1 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Xocalı – faciədən qürura gedən yol

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın artan enerji ixrac potensialı

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Dövlət-vətəndaş münasibətlərində yeni model

4 həftə əvvəl
Növbəti xəbər
Dənizkənarı Bulvarda “Wings for Life World Run”baş tutacaq – FOTO

Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

7 saat əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

7 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

1 gün əvvəl
YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
Gündəm

YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.