İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bildirib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Prezident vurğulayıb ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb: “Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq”.

Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib.  Bununla da  iki dost dövlət bu qlobal təşəbbüsün reallaşmasına mühüm töhfələr verib. SOCAR dost ölkəyə  Azərbaycan və digər mənşəli xam neft, neft, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatını uğurla həyata keçirir.

Azərbaycanın  elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bununla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas Investment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yüksək dəyərləndirilir. Çinin innovasiya yönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Dost ölkə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiya sahələrinə xüsusi maraq göstərir. Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki–iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.  Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki  son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq.

Prezident İlham Əliyev öz müsahibəsində iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxundu. Bildirdi ki, “Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.

İstər Davosda keçirilən görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Azərbaycan Somali münasibətləri daha yüksək səviyyəyə qalxacaq

Növbəti xəbər

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir

Əlaqədar Xəbərlər

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

5 gün əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

1 ay əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

1 ay əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 ay əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

1 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

2 ay əvvəl
Növbəti xəbər
Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

15 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

15 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

15 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

16 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.