İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yanvarın 20-də öz işinə başlayan və dörd gün davam edən ənənəvi Davos İqtisadi Forumu Azərbaycan üçün həm beynəlxalq əməkdaşlıq platforması, həm də strateji hədəfləri reallaşdırmaq nöqteyi-nəzərindən ən yaxşı fürsətdir. Bu qlobal tədbirdə irəli sürülən təşəbbüslər və layihələr Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verə bilər. Sayca 55-ci olan və bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşan Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri iştirak edib.

Bu mənada deyə bilərik ki, forum sadəcə dünya liderlərinin bir araya gəldiyi görüş yeri deyil. O, enerji, logistika, ekologiya, iqtisadiyyt və texnologiya sahələrində əsas oyunçu kimi öz mövqeyini gücləndirmək üçün meydandır.  Bu gün Avropanın enerji təhlükəsizliyində də Azərbaycanın mövqeyi getdikcə güclənir. 2024-cü ildə Cənubi Qaz Dəhlizi vasitəsi ilə 12 milyard kubmetr qaz ixrac edən Azərbaycan Avropa İttifaqı ölkələrinin Rusiyanın enerji mənbələrindən asılılığını azaltmaq üçün əsas vasitəyə çevrilib. Davosda müzakirə edilən yeni razılaşmalar, qaz təchizatını artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirə bilər ki, bu da Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirəcək. Azərbaycan on Avropa ölkəsini bu problemdən xilas edir. Təbii ki, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir və ölkəmizə hörmət qazandırır.

Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövlər başçıları və şirkət rəhbərləri ilə görüşlər keçirib və yanvarın 20-də həm də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətlərinə xüsusi yer ayrılıb. Qeyd edilib ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Bu gün Azərbaycanda bu istiqamətdə işlərə xususi fikir verilir. Azərbaycanda investorlar üçün yaxşı investisiya mühitini yaradılıb. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bildirilib ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Hazırda hər iki dövlətin mütəxəssisləri enerjinin tədarükü imkanları üzərində işləyirlər və   müəyyən edilib ən yaxşı batareyaları məhz Çində istehsal olunur.

Hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalandı. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlanacaqdır. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir. Cənab Prezidentin qeyd etdiyi kimi “Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır”.

Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır

Növbəti xəbər

Çin iqtisadiyyatı sabitdir və sürətlə inkişaf edir

Əlaqədar Xəbərlər

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

4 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

1 həftə əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

3 həftə əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

4 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

1 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Çin iqtisadiyyatı sabitdir və sürətlə inkişaf edir

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

1 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.