İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 May, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ceyhun Məmmədov: Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan-Misir münasibətləri tarixi keçmişə malikdir. Biz Misirlə istər İslam əməkdaşlıq çərçivəsində, istər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama hərəkatı və bütövlükdə dünyanın beynəlxalq platformalarında sıx iş birliyinə malikik.

Misirlə Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə Ulu öndər Misirə səfər edərək bir çox mühüm görüşlər keçirmiş və həmin görüşdə hər iki ölkə üçün önəmli sənədlər imzalanmışdı.

Sonrakı dövrlərdə hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər ediblər 2007-ci ildə cənab prezidentin Misirə səfəri baştutmuşdu. Bu səfər də olduqca mühim xarakter daşıyırdı. Eyni zamanda biz xatırlayırıq ki, bir il öncə Misir prezidentinin də Azərbaycana səfəri baş tutmuşdu.

Azərbaycan prezidentinin Misirə baş tutan səfəri onu göstərir ki, gələcəkdə də yüksələn dinamika ilə bu münasibətlər inkişaf edəcək. Bu da bizim əlaqələrimizin genişlənməsində öz tövhəsini verəcək.

Misir bütün platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Misirlə bir çox sahələrdə sıx əməkdaşlığımız var. Hər iki ölkənin çox böyük potensialı var. Hər iki ölkə müsəlman ölkəsidir. Hər iki ölkənin ortaq dəyərləri var. Bu da bizə daha da güclü olmağa, daha da inkişaf etməyə imkan yaradacaq.

Səfər zamanı Azərbaycanla Misir arasında ikitərəfli siyasi əlaqələr, eləcə də ölkələrimizin Beynəlxalq Təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi.

Görüşdə Misirin COP27-ə, Azərbaycanın isə COP29-a sədirlik etməsi vurğulandı və ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. Bundan başqa iki ölkə arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Cənab prezidentin səfər zamanı toxunduğu məsələlərdən biri də İsrail-Fələstin münasibətləri oldu. Azərbaycanı Fələstin məsələsində günahlandırmaq istəyənlərə çox dəqiq və konkret cavab verdi. Bildiyimiz kimi bir neçə gün əvvəl Türkiyədə SOCAR-ın binasına hücum olmuşdu. Müxtəlif platformalarda Azərbaycanın ünvanına müəyyən fikirlər səsləndirilirdi ki, guya Azərbaycan Fələstinlə bağlı məsələdə biganədi. Əslində bu tamamilə bizə qarşı irəli sürülən əsassız iddihamdır. Azərbaycan İsraillə bərabər Fələstinlə əlaqələrini gücləndirir. Buna baxmayaraq cənab prezident bir çox müsəlman liderlərindən fərqli olaraq Fələstində baş verənləri bir faciə kimi qiymətləndirdi. Orada baş verənlərin dayandırılmasının vacibliyini vurğuladı.

Cənab prezidentin bu səfərdə toxunduğu mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri oldu. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Növbəti xəbər

Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verən səfər

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

3 həftə əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

3 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

9 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

9 ay əvvəl
Növbəti xəbər
Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfəsi

Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verən səfər

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib
Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

3 gün əvvəl
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Xalqımızın istiqlal salnaməsi

3 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.