İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 gün əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının layihəsi Azərbaycan dövlətinin güclü, eyni zamanda ədalətli və humanist mahiyyətini əks etdirir

Müasir Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinin mərkəzində insan amili dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti milli maraqlarla yanaşı, humanizm, sosial ədalət və mərhəmət prinsiplərinə əsaslanır. Bu yanaşma dövlət idarəçiliyində və hüquqi sistemin formalaşdırılmasında insan ləyaqətinin ali dəyər kimi qəbul edildiyini nümayiş etdirir. Dövlət başçısının siyasi fəaliyyətinin əsas məqsədi vətəndaşların rifahının yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi və cəmiyyətdə ədalətli münasibətlərin təmin olunmasıdır. Prezident İlham Əliyevin humanist siyasəti Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik məktəbinin davamı və inkişaf etdirilmiş formasıdır. Heydər Əliyev siyasi kursunun əsas xüsusiyyətlərindən biri insan hüquqlarının qorunması və sosial yönümlü dövlət modelinin qurulması idi. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirilərək həyata keçirilir.

Humanizm prinsipi hüquqi sistemdə, xüsusilə cinayət-hüquq siyasətində də aparıcı mövqeyə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata keçirilən hüquqi islahatlar cəzanın təkcə cəzalandırıcı deyil, eyni zamanda tərbiyəedici və islahedici mahiyyət daşımasını əsas götürür. Cinayət-hüquq siyasətində fərdiləşdirmə, proporsionallıq və ədalət prinsipləri humanizmin hüquqi təzahürü kimi çıxış edir. Bu baxımdan, mütəmadi olaraq imzalanan əfv sərəncamları və irəli sürülən amnistiya təşəbbüsləri Prezident İlham Əliyevin humanist dövlət idarəçiliyinin bariz nümunələridir. Əfv və amnistiya aktları cəmiyyət üçün təhlükə törətməyən şəxslərin azadlığa qovuşmasına, onların yenidən cəmiyyətə inteqrasiyasına və normal həyata qayıtmasına şərait yaradır. Bu yanaşma dövlətin insana inamını, onun islah olunacağına verdiyi şansı ifadə edir. Eyni zamanda, humanizm prinsipi penitensiar sistemin təkmilləşdirilməsində də öz əksini tapır. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların təhsil və peşə hazırlığı imkanlarının genişləndirilməsi, sosial reabilitasiya proqramlarının tətbiqi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən humanist islahatların tərkib hissəsidir. Bu tədbirlər cəzaçəkmə müəssisələrinin cəmiyyətə faydalı fərdlərin yetişdirildiyi islah məkanlarına çevrilməsini hədəfləyir.

Prezident İlham Əliyevin humanist siyasəti beynəlxalq hüquq normaları və ümumbəşəri dəyərlərlə də uzlaşır. Azərbaycan beynəlxalq insan hüquqları konvensiyalarına sadiqliyini praktik addımlarla nümayiş etdirir. Bu isə ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə, hüquqi dövlət kimi nüfuzunun artmasına mühüm töhfə verir. Nəticə etibarilə, humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ideoloji əsasını təşkil edir. İnsan amilinə verilən yüksək dəyər, sosial ədalətin qorunması və mərhəmət prinsiplərinin dövlət idarəçiliyində rəhbər tutulması müasir Azərbaycan dövlətinin gücünün və davamlı inkişafının əsas təminatıdır. Bu humanist siyasi kurs Azərbaycan cəmiyyətində etimad, həmrəylik və sabitlik mühitini daha da gücləndirərək ölkəmizi yeni inkişaf mərhələlərinə inamla aparır.

Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar və humanist dövlət siyasəti milli maraqlara, sosial ədalətə və insan hüquqlarının qorunmasına əsaslanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya aktı da məhz bu prinsiplərin parlaq təcəssümüdür. Amnistiya aktının layihəsi dövlətin gücünün yalnız sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, humanizm və sosial məsuliyyət anlayışları ilə ölçüldüyünü bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən son amnistiya aktı isə miqyası və əhatə dairəsinə görə ölkə tarixində xüsusi yer tutmağa namizəddir. Mövcud proqnozlara əsasən, sözügedən amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu göstərici onu müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya edir. Rəqəmlər amnistiyanın təkcə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxsləri deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrini əhatə etdiyini göstərir. Gözlənilən nəticələrə görə 5 mindən çox məhkum azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək. 3 mindən artıq şəxsin azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılacaq. 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından azad olunacaq. 4 minə yaxın şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək. Mindən çox şəxs isə ümumiyyətlə cinayət məsuliyyətindən azad olunacaq. Bu rəqəmlər amnistiya aktının nə qədər geniş və sistemli xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.

Amnistiya aktlarının əsas fəlsəfəsi cəzanın qaçılmazlığı ilə yanaşı, islah və yenidən cəmiyyətə inteqrasiya imkanının yaradılmasıdır. Prezident İlham Əliyevin təklif etdiyi bu amnistiya da məhz humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanır. Xüsusilə ilk dəfə az ağır cinayət törətmiş, cəzasının böyük hissəsini çəkmiş, ailə vəziyyəti və sağlamlıq durumu nəzərə alınmalı olan şəxslərin azadlığa buraxılması cəmiyyət üçün həm mənəvi, həm də sosial baxımdan müsbət nəticələr vəd edir. Bu addım, eyni zamanda, ailələrin birləşməsinə, sosial gərginliyin azalmasına və insanların dövlətə olan inamının möhkəmlənməsinə xidmət edir. Bu miqyasda amnistiya aktı hüquq-mühafizə və penitensiar sistem üçün də əhəmiyyətli nəticələr doğurur. Cəzaçəkmə müəssisələrində sıxlığın azalması, resurslardan daha səmərəli istifadə və islah prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından amnistiyanın mühüm rolu var. Bundan əlavə, amnistiya aktı cinayət siyasətində cəzanın fərdiləşdirilməsi prinsipinin gücləndirilməsi, alternativ cəzaların tətbiqinin təşviqi və reabilitasiya yönümlü yanaşmanın ön plana çəkilməsi baxımından da mühüm addım hesab edilə bilər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə gündəmə gətirilən bu amnistiya aktı yalnız statistik göstəriciləri ilə deyil, daşıdığı siyasi, hüquqi və humanitar məzmunla da müstəqil Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edir. On minlərlə insanın həyatına birbaşa təsir edəcək bu qərar dövlətin gücünü cəza sərtliyində deyil, ədalət, mərhəmət və humanizm dəyərlərində gördüyünü bir daha nümayiş etdirir. Bu amnistiya, eyni zamanda, Azərbaycan cəmiyyətində ikinci şans fəlsəfəsinin möhkəmlənməsinə və hüquqi dövlət quruculuğunun daha da dərinləşməsinə xidmət edən mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Amnistiya aktının layihəsi Azərbaycan dövlətinin güclü, eyni zamanda ədalətli və humanist mahiyyətini əks etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə, sosial ədalətin təmin olunmasına və cəmiyyətin sağlam inkişafına xidmət edən mühüm siyasi-hüquqi sənəd kimi tarixə düşəcəkdir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Hüquqi dövlət prinsipinin rəmzi

Növbəti xəbər

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

1 həftə əvvəl
Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

1 ay əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Dövlət Bayrağı Gününün mənəvi əhəmiyyəti

1 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

23 saat əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

23 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

1 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.