İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Aprel, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Cəbrayıl şəhəri günü “Böyük Qayıdış”ın real təzahürü, dövlətimizin qüdrətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür – ŞƏRH

6 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

44 günlük Vətən müharibəsinin parlaq Zəfərə aparan hər bir günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad etdi. 27 il ərzində ermənilər tərəfindən tamamilə dağıdılmış Cəbrayıl əsgər və zabitlərimizin canı, qanı bahasına işğalçılardan təmizləndi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov qeyd edib ki, Cəbrayılın təbii sərvətləri, habelə inkişaf etmiş üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq kimi sahələri ilə məşhur olması rayonun iqtisadi və sosial inkişaf potensialını şərtləndirən əsas amillərdən olub. Lakin işğal dövründə rayonun bütün iqtisadi-sosial infrastrukturu məhv edilib, xəstəxanalar, təhsil və mədəniyyət obyektləri, yaşayış binaları, sənaye müəssisələri dağıdılıb. Ümumilikdə, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.

Aprel döyüşlərinin müasir Azərbaycan tarixinın şanlı qələbələrindən olduğunu söyləyən komitə sədri bildirib ki, Lələtəpə yüksəkliyinin azad olunması, Cocuq Mərcanlı kəndinin yenidən qurulması Böyük Qayıdışın rəmzinə çevrildi.

“Bu il beşinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi zamanı Cəbrayıl əməliyyatı böyük hərbi qəhrəmanlıq nümunəsidir. İllərdir tarixi torpaqlarımızda möhkəmlənən düşmən burada çoxsaylı istehkam xətləri qurmuşdu. Rəşadətli ordumuz yüksək peşəkarlıqla bu istehkamları yararaq Cəbrayıl şəhərini azad etdi. Bu, sonrakı əməliyyatların uğurla həyata keçirilməsi üçün strateji imkanlar yaratdı”, – deyə Şahin İsmayılov vurğulayıb.

Cəbrayılın bu gün sürətlə yenidən qurulduğunu söyləyən komitə sədri qeyd edib ki, dövlətimizin başçısı azad olunmuş torpaqlarda həyata keçirilən nəhəng quruculuq işlərini diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti görülən işlərlə yerində tanış olur, müvafiq tapşırıqlarını verir, açılışlarda iştirak edir. Qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq artıq 50 mindən çox insan azad edilmiş torpaqlara geri qayıdıb.

Şahin İsmayılov bildirib ki, otuz üç yaşayış binasından ibarət Cəbrayıl şəhər kompleksində keçmiş məcburi köçkünlərin məşkunlaşması həyata keçirilib. Eyni zamanda, Cəbrayıl ərazisində yerləşən “Araz Vadisi İqtisadi Zonası” regionun mühüm sənaye-logistika mərkəzinə çevrilməkdədir. Müasir yol-nəqliyyat infrastrukturunun tikintisi, digər layihələr Cəbrayıla qayıdışın strateji əsaslarını təşkil edir.

“Böyük Qayıdış”ın real təzahürünə çevrilən Cəbrayıl şəhəri günü həm də tarixi ədalətin bərpasının, qəhrəman Azərbaycan Ordusunun misilsiz igidliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür. Artıq cəbrayıllılar Cəbrayıl şəhəri gününü doğma torpaqlarında böyük qürurla qeyd edirlər”, – deyə komitə sədri qeyd edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

Növbəti xəbər

“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib

Əlaqədar Xəbərlər

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

1 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

4 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

5 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

5 gün əvvəl
Növbəti xəbər
“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib

“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

1 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

3 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.