İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Fevral, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

3 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın xarici siyasətində və iqtisadi strategiyasında energetika sahəsi hər zaman xüsusi yer tutub. Son illər bu sahədə atılan addımlar isə ölkəmizin regional və qlobal enerji xəritəsində mövqelərini daha da möhkəmləndirir. Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar da bunu bir daha təsdiqlədi.

Dövlət başçısının açıqlamalarından aydın olur ki, Azərbaycan–Serbiya münasibətləri artıq təkcə siyasi dialoq səviyyəsində deyil, real iqtisadi və strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Xüsusilə energetika sahəsində qurulan əlaqələr bu münasibətlərin əsas sütunlarından birinə çevrilməkdədir. Azərbaycan artıq bir müddətdir Serbiyaya təbii qaz ixrac edir və qarşıdakı mərhələdə bu ixracın həcminin artırılması planlaşdırılır. Ən diqqətçəkən məqamlardan biri isə ixrac edilən qazın Serbiya tərəfindən elektrik enerjisinə çevrilməsi və bununla da “təmiz enerji” istehsalının təşviq olunmasıdır. Bu yanaşma həm Serbiyanın daxili enerji təhlükəsizliyinə töhfə verir, həm də gələcəkdə üçüncü ölkələrə ixrac imkanlarını genişləndirir. Başqa sözlə, Azərbaycan enerjisi təkcə xammal kimi deyil, əlavə dəyər yaradan məhsul formasında Avropa bazarına çıxmaq potensialı qazanır. Hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialının 2 giqavat olması və bu göstəricinin yaxın illərdə artacağı xüsusi vurğulanmalıdır. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə həyata keçirilən layihələr bu artımın əsas təminatçısıdır. Günəş və külək enerjisi stansiyalarının tikintisi Azərbaycanın enerji balansını daha “yaşıl” və dayanıqlı edir. Bu kontekstdə Serbiya ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa hazır olunması strateji baxımdan olduqca əhəmiyyətlidir.

Serbiya ilə qurulmuş möhkəm siyasi əlaqələr Balkan bölgəsindəki bir çox dövlətlər üçün nümunə olacaq səviyyəyə yüksəlib ki, bu da çoxtərəfli əməkdaşlıq formatlarına geniş fürsətlər yaradır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, iki ölkə arasındakı səmimiyyətin səviyyəsi nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu sağlam və möhkəm bünövrə üzərində Bakı və Belqrad arasında hərbi-texniki əməkdaşlıq, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman, turizm və s. sahələrdə münasibətlər daha geniş xarakter alır.

Prezidentlərin mətbuata bəyanatlarında da əməkdaşlığın yeni istiqamətləri ilə bağlı vacib məsələlərə toxunuldu. Aleksandar Vuçiçin ilk növbədə siyasi-iqtisadi islahatların həyata keçirilməsində Azərbaycan Liderinin unikal idarəetmə kursundan və zəngin təcrübəsindən faydalanmasını etiraf etməsi inkişaf yollarını müəyyən etmək baxımından yaxşı fürsət sayıla bilər. Xüsusilə də, dünyada və Avropada mürəkkəb geosiyasi şəraitin gərginləşdiyi dövrdə Prezident İlham Əliyevlə məsləhətləşmək, ondan bir çox məqamları öyrənmək Serbiyanın milli təhlükəsizliyi və sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Məhz bu kontekstdən baxdıqda, rəsmi Belqrad öz addımlarını atarkən ölçüb-biçir, regional layihələrdə sabitlik və inkişafa töhfə verəcək proqramlara qoşulmağa çalışır, bunun da töhfəverici nümunəsi təbii ki, Azərbaycanın liderliyi ilə icra edilən layihələrdir.

Cənab Vüçiçin qeyd etdiyi kimi, hazırda ölkənin energetika sistemində yeni infrastruktur modernləşməsinə və etibarlı təchizat blokalarının qurulmasına ciddi ehtiyac yaranıb, elektrik enerjisi təminatında məhdudiyyətləri aradan qaldırmaq üçün qazla işləyən elektrik enerjisi stansiyasının inşası üçün layihə hazırlanıb və 2029-cu ilə bu stansiyanın açılması gözlənilir ki, Azərbaycan Serbiyanın milli enerji sisteminə ən azı 500 meqavatlıq generasiya gücü qatacaq. Azərbaycan, həmçinin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə edərək Avropaya ixrac edəcək ki, bunun bir hissəsi Serbiyanı əhatə edəcək.

Azərbaycan və Serbiya iqtisadi-investisiya mübadilələrini də artırmaq niyyətindədir. Tərəflər arasında daha böyük potensial mövcuddur və praktiki olaraq səfərbər etmək mümkündür. 2012-ci illə müqayisədə təkcə xidmətlər sahəsində ticarət dövriyyəsi 16 dəfə artıb. Azərbaycanın aqrar və qida məhsullarının sərfəli tariflərlə Serbiya bazarlarına ixracı milli sahibkarlar üçün yeni ticarət və ixrac missiyası hesab edilə bilər. Bakı-Belqrad və əks istiqamətdə birbaşa aviareyslərinin açılışının reallaşması isə humanitar təmasların və turizmin inkişafına xüsusi töhfə verəcək.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

Növbəti xəbər

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

3 saat əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

3 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

1 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

2 gün əvvəl
Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur
Gündəm

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

2 gün əvvəl
“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”
Gündəm

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

2 gün əvvəl
Növbəti xəbər
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

3 saat əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

3 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın artan enerji ixrac potensialı

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.