İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu səbəblərdən sülh sazişinin imzalanması mümkün olmayıb – AÇIQLAMA

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Brüssel görüşü Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasi kursun və diplomatiyasının növbəti uğurudur.

Bunu Avropa.info-ya  açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün bütövlükdə Qərb və beynəlxalq aləm Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, o cümlədən Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, həmçinin sıx əməkdaşlıq formatının yaranması istiqamətindəki qətiyyətli səylərini və irəli sürdüyü şərtləri, onun reallaşmasını dəstəkləyir.

“Beynəlxalq aləm yaxşı bilir və anlayır ki, ancaq Azərbaycanın irəli sürdüyü şərtlər əsasında bölgədə dayanıqlı sülhün yaranması mümkündür”, – o qeyd edib.
Brüssel görüşünün əhəmiyyətinə toxunan Ş.İsmayılov bildirib ki, Brüssel görüşü Vaşinqton və Kişinyov görüşlərinin ruhuna uyğun olaraq, ən qısa zamanda ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sülhün əldə edilməsi istiqamətində keçib:

“Danışıqlar Azərbaycanın təklif etdiyi sülh gündəliyinə uyğun şəkildə keçib. Ən ciddi məqam isə ondan ibarətdir ki, artıq danışıqlar masasında soydaşlarımızın Qərbi Zəngəzura qayıdışı məsələsinin də olmasıdır. Əgər indiyədək Azərbaycanın sülhlə bağlı beş əsas təklifi müzakirə edilirdisə, artıq bura Qərbi Azərbaycan torpaqlarından didərgin düşən soydaşlarımızın öz yurdlarına dönüşü məsələsi də daxildir. Beynəlxalq müstəvidə problemin qaldırılması, onun qəbul edilməsi deməkdir. Problem beynəlxalq aləm tərəfindən qəbul edildiyindən danışıqlar masasında vacib məsələ kimi müzakirə predmetidir. Bu, bizə nəinki İrəvanla sülh sazişinin imzalanmasına, eyni zamanda Qərbi Azərbaycanın Zəngəzur, Basarkeçər, Dərələyəz, Göyçə və digər ərazilərindən qaçqın düşən soydaşlarımızın dönüşünə əminlik yaradır. Bu, artıq cənab Prezidentin yürütdüyü xarici siyasətin uğurudur. Aparılan danışıqlar tez bir zamanda sülhün əldə olunmasına əminlik yaradır. Bunun üçün İrəvan siyasi iradə nümayiş etdirib, destruktivlikdən əl çəkib bəyan etdiklərini rəsmi şəkildə  imzalanmış sənədlərlə sübuta yetirməlidir”.

Bununla belə, deputat hesab edir ki, bəzi ölkələr, xüsusən də Rusiya, İran və Fransa bölgədə sülhün əldə olunmasında maraqlı olmadığından sülh prosesinə maneçilik yartamağa cəhd edirlər:

“Brüssel görüşündən sonra rəsmi Moskvanın sərgilədiyi mövqe Rusiyanın 10 noyabr 2020-ci ildə üçtərəfli birgə bəyanat zamanı üzərinə götürdüyü öhdəliyin ruhuna uyğun deyil.  Üçtərəfli bəyanatın tələblərinə əsasən Rusiya tərəflər arasında ən qısa zamanda   etimad mühitinin yaradılması və sülhün imzalanması istiqamətində addımlar atmalı idi. Üçtərəfli bəyanatın 4-cü və 9-cu maddələri birbaşa Rusiyanın üzərinə öhdəliklər qoyur. Bəyanatın 4-cü bəndinin tələblərinə uyğun olaraq  Rusiya hərbi  kontingentinin  erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi nəzərdə tutulurdu. Amma çox təəssüflər olsun ki, biz ötən 3 ilə yaxın müddətdə bunun şahidi olmadıq. Rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə hələ də qanunsuz erməni hərbi biləşmələri və terrorçu qüvvələr mövcuddur. Onlar tərksilah edilməyib. Rus hərbçiləri onları tərksilah etmək əvəzinə ötən müddətdə onlarla sıx əməkdaşlıq edərək onların hərtərfli təchizatına yardım edib.

Digər tərəfdən, bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə  nəqliyyat dəhlizinin açılmasına nail olunmalı idi. Bu məsələ də indiyədək öz həllini tapmayıb. Rusiya bu təəssüfdoğurucu mövqedən uzaqlaşıb fəaliyyətini bölgədə ədalətli sülhün yaranması istiqamətində yönəltsə daha yaxşı olar. Bundan həm də özü qazanacaq və bölgədə maraqlarını təmin edə biləcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcəkdir

Növbəti xəbər

Həzi Aslanovda Kompas Akademiya fəalliyətə başladı

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

7 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

12 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

12 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Həzi Aslanovda Kompas Akademiya fəalliyətə başladı

Həzi Aslanovda Kompas Akademiya fəalliyətə başladı

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.