İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

2 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu. Artıq TDT yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib. Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı – məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi. İlkin mərhələdə mədəni və iqtisadi əməkdaşlıq meydanı kimi formalaşan TDT bu gün Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi konsolidasiyanın və iqtisadi yüksəlişin mühüm mexanizminə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr – Türkmənistan, Macarıstan və Şimali Kipr qarşılıqlı potensialların tamamlanmasına, vahid inkişaf baxışına əsaslanan yeni əməkdaşlıq arxitekturası yaradır. Sammitin məhz Azərbaycanda keçirilməsi dərin rəmzi məna daşıyır: ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz regionda mövqeyini gücləndirib və türk dünyasının inteqrasiyasının katalizatoruna çevrilib.

Azərbaycanın TDT-dəki rolu, sadəcə, qurucu dövlət statusu ilə məhdudlaşmır. Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri nəticəsində təşkilat formal mədəni birlikdən, real təsir gücünə malik siyasi və iqtisadi blok səviyyəsinə yüksəlib. Bu istiqamətdə dövlətimizin başçısının Bişkek, Şuşa və Budapeşt Zirvə görüşlərində səsləndirdiyi çağırışlar, o cümlədən “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya xarakteri daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib. Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Azərbaycanın azad edilmiş ərazilərində Türk dövlətlərinin iştirakı ilə reallaşan humanitar və infrastruktur layihələr Türk həmrəyliyinin real təzahürüdür. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılmış Kurmanqazı Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda tikdirdiyi məktəb təkcə qardaşlıq rəmzi deyil, həm də birgə strateji baxışın humanitar ifadəsidir. Bu layihələr Azərbaycanın TDT-nin ideoloji mərkəzinə çevrilməsi ilə yanaşı, təşkilat daxilində praktiki həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəyini qeyd edərək öz təşəkkürünü bildirib.

Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf mərhələsi göstərir ki, Türk dünyasının inteqrasiyası strateji reallıqdır. Azərbaycan bu reallığın əsas memarı və lokomotiv gücü kimi çıxış edir. Qlobal miqyasda yeni güc bölgüsünün formalaşdığı bir dövrdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx inteqrasiyası Avrasiyada balans yaradan yeni geosiyasi qütb kimi çıxış edə bilər. Gələcək onillikdə TDT-nin hədəfi yalnız türkdilli dövlətlərin maraqlarını qorumaq deyil, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və inkişaf üçün nümunəvi model yaratmaq olmalıdır. Azərbaycanın təşəbbüsləri bu istiqamətdə həm strateji liderlik, həm də istiqamətverici rol oynayır. Beləliklə, Türk dünyasının birliyi artıq ideya deyil, formalaşmaqda olan qlobal gücün siyasi reallığıdır.

 

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Komitə sədri: Prezidentin təşəbbüsləri TDT-ni qlobal gücə çevirir

Növbəti xəbər

Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

11 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

11 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

12 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Azərbaycan və Qazaxıstan prezidentlərinin fəal siyasi dialoqu iki ölkə münasibətlərinin inkişafında mühüm rola malikdir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Zəngilan mühüm nəqliyyat qovşağıdır

1 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

11 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

11 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

11 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.