İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu gün Onun yaratdığı gündür! – Elşən Musayev yazır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bir neçə gün öncə saytlardan birində xəbər başlığı oxuyuram: “Qarabağ Universitetinə qəbul olan tələbələr ilk dərs ilinə hazırlaşır…” Sonra növbəti xəbərə keçid alıram. Daha sonra digərinə. Sonra geri dönürəm. İlk xəbərə. Stupor vəziyyətində. Beynimi “refreş” edirəm. Necə?! Qarabağ Universiteti? Xankəndidə?

Və… mən bu xəbərin üzərindən yalnız başlığa nəzər yetirərək içini açmadanmı keçmişəm?!

Nələr baş verir, İlahi? Xəbərlər, hadisələr artıq adiləşdimi? Yox! Adiləşmədi. Adiləşməyib. Qətiyyən! Sadəcə uzun həsrətdən sonra bu qədər xoş məqamı, müjdəni eyni anda həzm edə, beyin süzgəcindən keçirə bilmirik. Vəssalam. Mövzu budur.

Bizə aid hər şey bizimdir. 30 ildə ilk dəfə. Cıdır düzündə gəzmək, İsa bulağında şəkil çəkdirmək, “İstisu”yun dadına baxmaq artıq hər birimiz üçün 2 vur 2-dir. Portala düş və get. Hətta öz maşınınla. Eynən Gəncəyə, Gədəbəyə, Qəbələyə, Şamaxıya getdiyin kimi.

İnsan, fərd üçün ən böyük xoşbəxtlik nədir, onun tərifini verə bilmərəm. Çün, arzular beynə, dünyagörüşünə görə dəyişir. Amma dövlət… məhz dövlət üçün müstəqillikdən və suverenlikdən ötə heç nə yoxdur. Dəqiq!

Biz müstəqilliyimizi də, suverenliyimizi də iki böyük insanın – Heydər Əliyev və İlham Əliyevin müdrik siyasətinə borcluyuq. Onların iti zəkası, düzgün strategiyası olmasaydı, Azərbaycan və azərbaycanlılar bu günlərə gəlməyəcəkdi, bu günləri görməyəcəkdi. Gəlməyimiz, görməyimiz bir yana qalsın, əlimizdə-ovcumuzda olan da gedəcəkdi.

Üstəlik, nə qəribədir ki, zamanında Heydər Əliyevə qarşı hər cür şərəfsizliyə imza atanlar, 1 illik hakimiyyətləri dövründə ölkənin ümumilikdə varlığını sual altında qoyanlar elə indinin özündə də suverenliyimizə xor baxmaqdan utanmayanlardır, həmin suverenliyin adını dillərinə belə gətirməyənlərdir, Xankəndiyə Azərbaycan bayrağı sancan İlham Əliyevi təbrik etmək əvəzinə, Avropa Şurasından üzərimizə hürən Şvabe kimi dələduzların, küçə gədələrinin mirzəliyini edənlərdir.

Baxmayaraq ki, hüquq elmi və beynəlxalq hüquq da daxil, ona aid bütün istiqamətlər suverenliyi, suvereniteti dövlətlərin, ölkələrin əsas atributlarından, rəmzlərindən biri hesab edir, baxmayaraq ki, suverenlik bütün beynəlxalq təşkilatların üzdə hörmətlə yanaşdığı və münasibətlərdə önəm verdiyi vacib məqamlardandır, baxmayaraq ki, BMT Nizamnaməsinin ikinci maddəsində “Təşkilat onun bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır” sərlövhəsi qırmızı xətlə keçir, baxmayaraq ki, 1970-ci il Helsinki Yekun Aktında (beynəlxalq hüququn prinsiplərinin əsas mənbəyidir) suverenlik anlayışı və onun qorunmasında dövlətlərin müştərək rolu az qala, imperativ norma kimi vurğulanır – yenə YATDILAR! Hamısı yatdı. Fil qulağında. Gözlərini, qulaqlarını bağlayaraq…

Ta o günə qədər ki, İlham Əliyev onları qəflət yuxusundan ayıltdı…

Ta o məqama qədər ki, İlham Əliyev bütün dünyanın üzərinə düşən işi təkbaşına gördü və hamıya dərs verdi!

Öz qətnamələrini öz nizamnaməsinə uyğunlaşdıra bilməyən BMT-yə də!

Son zamanlar “travel bloqer”ə çevrilən ATƏT nüməyəndələrinə də!

AŞPA-nı AŞPAZ durumuna salan qərəzbazlara da!

***
Ona görə də bu gün ilk öncə Onun günüdür. Onun yaratdığı gündür. Onun tarixə və bizlərə bəxş elədiyi gündür!

Təşəkkürlər, cənab Prezident!

Günün mübarək, suveren Azərbaycan!

Elşən Musayev,

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəfərnamə: Suverenliyə uzanan 24 saat

Növbəti xəbər

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

1 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

1 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

26 AVQUST – LAÇINLILAR ÜÇÜN UNUDULMAZ GÜNDÜR.

6 gün əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

6 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir

6 gün əvvəl
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır
Gündəm

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.