İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Aprel, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

12 mart 2026-cı il tarixdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Forumun indiki narahat günlərdə keçirilməsi təsadüfi deyil. Çünki onun işində eks-prezidentlər, baş nazirlər, tanınmış siyasətçilər iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib. Dövlətimizin başçısı deyib: “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il – düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.”

Xarici qonaqların qarşısındakı bu çıxış onu göstərir ki, Azərbaycan öz səmərəli əməkdaşlıq və humanist mövqeyində qalmaqdadır. Lakin ölkəmizdən asılı olmayan səbəblərə görə bütün işlər heç də rəvan getmir. Münaqişələr və müharibələr buna müəyyən qədər mənfi təsir edir. Prezident İlham Əliyev münaqişələrin və müharibənin ciddi fəsadlarının ümumi inkişafa mane olduğunu vurğulayıb:

“Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.”

Bu mövzuda fikrini yekunlaşdıran Prezident “Sülhdən yaxşı heç nə yoxdur”-deyib. İqtisadi mövzudan geniş bəhs edən dövlət başçımız Azərbaycanın bu sahədə də zəngin təcrübəsi olduğunu qonaqların diqqətinə çatdırıb.

XIII Qlobal Bakı Forumunun strateji çəkisi həm də təmsilçilik səviyyəsi ilə ölçülür. Dünyanın fərqli qitələrini təmsil edən sabiq və fəaliyyətdə olan prezidentlər, baş nazirlər, xarici işlər nazirləri, təşkilat rəhbərləri və nüfuzlu tədqiqatçılar vahid məqsəd ətrafında toplaşıblar. Əsas məqsəd fərqlilikləri düşmənçilik mənbəyindən çıxararaq inkişaf amilinə çevirməkdir. Asiya qitəsinin iqtisadi potensialı Avropanın texnoloji imkanları ilə inteqrasiya edildikdə bütün tərəflər mənfəət götürür.

Beynəlxalq formatlarda səsləndirilən tezislər mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha dərindən dərk etməyə vadar edir. Multikultural dəyərlərə sadiq qalan, fərqli dinlərin, etnik qrupların və inanc sahiblərinin sülh şəraitində yaşamasını təmin edən mühit tolerantlıq simvoludur. Dini radikalizmin, radikal çıxışların və irqçiliyin tüğyan etdiyi qitələrdən fərqli olaraq, Cənubi Qafqazda fərqliliklər cəmiyyəti parçalamır, əksinə, onu irəliyə doğru aparır.

XIII Qlobal Bakı Forumuna toplaşan beynəlxalq elitanın ən çox təqdir etdiyi məqamlardan ikincisi məhz həmin inteqrasiya bacarığıdır. Təcrid siyasəti yürüdən, monomədəniyyət yaradan rejimlər isə mənəvi tənəzzülə uğrayır, intellektual potensiallarını itirirlər. Siyasi dialoq fərqli mədəniyyətlərin bərabərliyinə söykəndikdə əldə edilən nəticələr daimi və qırılmaz xarakter daşıyır.

 

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

Növbəti xəbər

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

Əlaqədar Xəbərlər

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

4 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

5 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

5 gün əvvəl
Növbəti xəbər
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

3 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.