İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 İyul, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əsas amillərdən biri ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyidir. Reallıq budur ki, dünya ikili standartlara söykənən siyasətini davam etdirərək ədaləti və beynəlxalq hüququn maraqların arxasında əriməsinə səbəb olsa da sonda qalib olan tarixi ədalət olur. Məhz buna görə Azərbaycan 30 il işğal dövrünü yaşasa da xalqımız əmin idi ki, torpaqlarımız dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində azad ediləcək, bu ərazilərimiz əsl cənnət məkana çevriləcək. 44 gündə 30 ilin işğalına son qoymaq bir daha bu kimi reallıqlara işıq saldı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev torpaqlarımızın azad edilməsində əsas amillərdən olan diplomatik uğurların miqyasını genişləndirməklə yanaşı, hərb variantını da istisna etmədi. Hər zaman bu bəyanat ən yüksək tribunalardan bəyan edilirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək.

Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümü münasibətilə bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Cənab Prezident bu gözəl hadisənin 4 ildən sonra 4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu vurğulayan Prezident İlham Əliyev erməni işğalındanazad olunan birinci şəhər Cəbrayıl olduğunu qeyd etmişdir: “Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”.

Cəbrayılın azad olunmasından sonra ardıcıl uğurlu əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin, şəhər və kəndlərin azad olunması və 8 noyabrda Qarabağın tacı olan qədim Şuşanın azad olunması ilə yekunlaşan Vətən müharibəsində Şanlı Zəfər tariximizə əbədi həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Cəbrayılın da bərpası, inkişafı üçün dərhal müvafiq tapşırıqların verildiyini, ilk növbədə, minalardan təmizləmə işləri həyata keçirildiyini, infrastruktur layihələrinin icrasına dərhal başlanıldığını və Cəbrayıla gələn, hansı ki, sovet vaxtında olan yolun yenidən qurulduğunu, hazırda yeni dördzolaqlı magistral yol uğurla inşa edildiyini qeyd edib.

Dövlətimizn başçısı həmçinin bu gün Cəbrayılda infrastruktur layihələrinin icrasının da uğurla, sürətlə həyata keçirildiyini, Cəbrayılda yeni məktəbin açılışının həyata keçirildiyini və gələn həftədən başlayaraq uşaqların artıq məktəbə gedəcəklərini, yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulduğunu, həmçinin birinci məhəllədə çoxmənzilli 33 bina (712 mənzil) inşa edildiyini söyləyib. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.Prezident İlham Əliyev Cəbrayılda həyata keçirilən digər layihələr, həmçinin təməlini qoyduğu yeni tikililər barəsində çıxışında məlumatlar verib.

Ölkə başçısı qeyd edib: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qərb Cənubi Qafqazı rahat buraxmalıdır

Növbəti xəbər

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir

Əlaqədar Xəbərlər

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Gündəm

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

20 saat əvvəl
Beyləqanda “14 iyul 1969-cu il – Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib
Gündəm

Beyləqanda “14 iyul 1969-cu il – Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

1 gün əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

3 gün əvvəl
Komitə sədrindən valideynlərə sərt ittihamlar: “Bu, məsuliyyətsizlikdir”
Gündəm

Komitə sədrindən valideynlərə sərt ittihamlar: “Bu, məsuliyyətsizlikdir”

6 gün əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

7 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

7 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu mötəbər tədbirin məhz Şuşada keçirilməsi özlüyündə böyük siyasi və tarixi mesajdır”

2 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Siyasət

ŞUŞA QLOBAL MEDİA FORUMU: HƏQİQƏTİN MÜDAFİƏSİ VƏ AZƏRBAYCANIN QLOBAL MESAJLARI

3 saat əvvəl
Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Gündəm

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

20 saat əvvəl
İstanbulda görüləcək 20 yer – 2026-cı il üçün tam bələdçi
Digər

İstanbulda görüləcək 20 yer – 2026-cı il üçün tam bələdçi

20 saat əvvəl
Azərbaycanlı sahibkar İstanbul turizmində rəqəmsal həlləri inkişaf etdirir
Digər

Azərbaycanlı sahibkar İstanbul turizmində rəqəmsal həlləri inkişaf etdirir

21 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.