İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 May, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın sabitləşdirici roluna böyük ehtiyac duyulur – RƏY

9 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərində yeni mərhələnin başlanğıcı məhz avqustun 8-də ABŞ-da qoyuldu. Cənubi Qafqaz regionuna sülh, sabitlik və firavanlıq gətirəcək bu tarixi hadisə bölgədə yeni əməkdaşlıq platformalarının formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

“Vətən müharibəsində parlaq Zəfərimizdən dərhal sonra Azərbaycan qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında sülh təşəbbüsü ilə çıxış etdi. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır, regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Sazişin paraflanması ölkəmizin sülhə və əməkdaşlığa əsaslanan mövqeyinin təzahürüdür”, – deyə komitə sədri qeyd edib.

Azərbaycanın beynəlxalq hüququn aliliyinə, dövlətlərin daxili işlərinə qarışmama və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürütdüyünü söyləyən Şahin İsmayılov diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğal faktının 30 il davam etməsi bölgənin potensialından tam istifadəyə ciddi maneə olub. Əlbəttə, Azərbaycan tərəfdaşları ilə birgə qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdıraraq geniş coğrafiyada əməkdaşlıq üçün böyük imkanlar yaradıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı enerji tərəfdaşına çevrilib. Cari il avqustun əvvəlində Azərbaycan qazının Suriyaya nəqlinə başlanılıb. Beləliklə, Azərbaycan qazı artıq Yaxın Şərq regionuna nəql olunur.

“Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi yeni yaradılacaq Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının qurulması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, bu marşrut regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün olduqca səmərəli imkanlar təqdim edəcək. Bütün qonşu ölkələr bu imkandan faydalanacaq”,- deyən Şahin İsmayılov bildirib ki, güclü mövqelərə malik tranzit ölkəyə çevrilmək ölkəmizin əsas hədəflərindəndir və ötən illər ərzində bu istiqamətdə olduqca zəruri addımlar atılıb. Bu baxımdan TRIPP marşrutu regiona olan beynəlxalq marağı daha da artıracaq, həmçinin yeni investisiyaların cəlb olunmasına mühüm şərait yaradacaq.

Mövcud geosiyasi proseslər fonunda Azərbaycanın təşəbbüsləri, balanslaşdırılmış xarici siyasəti və konstruktiv mövqeyinin beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıdığını bildirən Şahin İsmayılov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi sabitləşdirici roluna böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bu xüsusda, İsrail və Suriya arasında normallaşma prosesində Azərbaycanın vasitəçiliyi xüsusi əhəmiyyətə malikdir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın TDT-də rolu və sadiqliyi

Növbəti xəbər

Qusar 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

1 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

2 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

3 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

3 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

3 gün əvvəl
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” – Forum
Gündəm

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” – Forum

4 gün əvvəl
Növbəti xəbər
Qusar 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Qusar 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

29 dəqiqə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

1 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

2 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.