İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla yüksəksəviyyəli görüşü yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir edə biləcək möhtəşəm hadisədir. Bu tarixi görüş həm Azərbaycan-ABŞ strateji münasibətlərində, həm də Azərbaycan-Ermənistan sülh prosesində yeni bir mərhələ açır.  Elə bu kimi səbəblərdən  Prezident İlham Əliyev avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandırıb. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Prezident İlham Əliyev bu il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə isə Donald Trampın Cənubi Qafqaz prosesində fəal iştirak etdiyini və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə olduğunu vurğulamaqla yanaşı, bu sözləri də demişdi: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.

Bəli, həqiqətən də D.Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb. Bu isə o deməkdir ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Qeyd edək ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı  3 istiqaməti (enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq) əhatə edəcək. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.

“Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik. Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq. Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.” Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Azərbaycan hərb meydanında Ermənistan üzərində qələbədən sonra diplomatik cəbhədə də özünün milli maraqlarını qətiyyətlə təmin edir. O cümlədən sülhə gedən yolun tarixçəsinə də nəzər salanda Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının böyük uğurlar əldə etdiyini görürük. Sülhün sahibi isə Azərbaycan və onun Prezidentidir. Ona görə Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident İlham Əliyev Dünya Lideridir!

Növbəti xəbər

Müşfiq Səfərov: Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

4 gün əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

Müşfiq Səfərov: Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.