İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Oktyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün, artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir

27 dəqiqə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi, Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqust ayının 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna həmin dövr üçün 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı və 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb. Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır, avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, həmçinin, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində isə, 20 mindən çox eksponat olub. Onu da qeyd edim ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.

Məlumdur ki, 2020-ci il oktyabr ayının 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu. Artıq, bu gün üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Vətən Müharibəsi başa çatandan az sonra, 2020-ci il noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Cənab İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb, çünki Xudafərin bizim üçün milli qürur məsələsidir. Ölkə Prezidenti, cənab İlham Əliyev 2020-ci il noyabr ayının 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Müstəqil Azərbaycan dövlətinin işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra, qısa zaman kəsiyində azad olunan ərazilərimizdə təmir-bərpa, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün, artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq, quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işıqlı həyata başlanılıb. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülmüş, bu işlər bu gün də sürətlə davam etməkdədir. Zəfər qazanmış xalqın nümayəndələri – qalib cəbrayıl sakinləri öz doğma torpaqlarına məğrurcasına, qürurla ayaq basdılar. Nəhayət ki, “Böyük Qayıdış Proqramı” üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşdi. Cəbrayıl şəhərinə ilk köç 36 ailə olmaqla, 117 nəfərlə reallaşdı. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. İşğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və digər işlər planlı şəkildə layihələr əsasında həyatı keçirilir. Təbii ki, məqsəd insanların rahatlığının və firavanlığının təmin edilməsidir. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir…

Qarabağ, Azərbaycanın tarixi, əzəli və əbədi torpağıdır! Qarabağ, Azərbaycandır!

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

Növbəti xəbər

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

Əlaqədar Xəbərlər

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub
Gündəm

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

21 dəqiqə əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

30 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

33 dəqiqə əvvəl
U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir
Gündəm

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir

6 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq

1 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycançılıq, müstəqil Azərbaycan dövlətinin əsas ideyası və amalıdır

1 gün əvvəl
Növbəti xəbər
Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub
Gündəm

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

21 dəqiqə əvvəl
Gənclərin idmana marağı artır
Gündəm

Bu gün, artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir

27 dəqiqə əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

30 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

33 dəqiqə əvvəl
U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir
Gündəm

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir

6 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.