İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu, Azərbaycanın Avrasiyada güc mərkəzinə çevrilməsinə xidmət edəcək

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Türk Dünyası ilə əlaqələrini inkişaf etdirilməsi yürüdülən xarici siyasətin əsas xəttini təşkil edib. Hələ zamanında ulu öndər Heydər Əliyev  türkdilli dövlətləri arasında sıx inteqrasiyanın təşkil edilməsi və vahid bir təşkilat ətrafında formalaşması istiqamətində ciddi səylər göstərilib. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim gələcək inkişaf taleyimiz türk dünyası və türk ailəsi ilə bağlıdır. Biz yalnız birlikdə güclü ola bilərik. Yürütdüyü xarici siyasətin ana xəttini də məhz türkdilli dövlətlərin təmərküzləşməsi və vahid güc kimi formalaşması istiqamətində qurub.

Türkdilli dövlətlər arasında daha sıx əməkdaşlıq formatının yaradılması məqsədilə 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında Naxçıvan bəyannaməsi imzalandı. Hədəf müsir geosiyasi düzəndə türkdilli dövlətlərin beynəlxalq münasibətlər sistemində vahid bir siyasi-iqtisadi güc mərkəzi kimi formalaşıb fəaliyyət göstərməsidir. Artıq bu istiqamətdə ciddi addımlar atılıb və atılmaqdadır”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, iyulun 5-6-da Şuşada Türkdilli Dövlətlər Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantıdı türkdilli dövlətlərin   daha sıx inteqrasiya olunmuş əməkdaşlıq fomatı və vahid siyasi-iqtisadi güc kimi formalaşması baxımdan mühüm əhəmiyyət kəsb edəcək. “TDT-nin qeyri-rəsmi zirvə görüşünün Şuşada keçirilməsinin sıradan bir tədbir deyildi, bu İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın postmüharibə dövrü üçün yaratdığı geosiyasi reallığın beynəlxalq aləmin diqqətinə çatdırılması baxımdan çox böyük siyasi əhəmiyyət kəsb edən bir tədbir idi”, – o qeyd edib.

Deputat əlavə edib ki, Şuşa sammiti Ermənistanın onun arxasındakı havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti zamanı törədilən vandalizm siyasətini beynəlxalq aləmə nümayiş etdirilməklə yanaşı, postmünaqişə dövrü üçün planlarını  təqdim etməsi kimi qiymətləndirmək lazımdır:

“Zirvə görüşünün yekunu olaraq imzalanan Qarabağ Bəyannaməsi həm TDT-nin siyasi-iqtisadi güc kimi formalaşması,  beynəlxalq münasibətlər sistemində daha ciddi  rol oynaması, Qərblə Şərq arasında əməkdaşlıq, nəqliyyat, enerji, logistika, iqtisadi-ticari, bərpaolunan ernerji sahəsində əməkdaşlığa, o cümlədən bölgədə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə də öz  töhfəsini verəcək.

Bu eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyası, Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayırış” proqramın daha tez bir zamanda icra olunması qarşıya qoyulan hədəflərə nail olunması baxımdan ciddi əhəmiyyət kəsb edir. TDT-nin qeyri-rəsmi Şuşa zirvə toplantısı və imzalanan Qarabağ bəyannaməsi Azərbaycanın Avrasiya coğrafiyasında siyasi-iqtisadi-mədəni mərkəzə çevrilməsinə xidmət edəcək.

Toplantı həmçinin Azərbaycanın noyabrda keçirəcəyi COP29 sammitinin daha yüksək səviyyədə keçirilməsi baxımdan da öz töhfəsini verəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir

Növbəti xəbər

Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

7 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

12 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

12 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.