İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Brüsseldə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyərək, Qarabağ “sevdası”ndan əl çəkməli oldu

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Brüssel görüşü Azərbaycanın siyasi iradəsini tam ifadə edir və gəlinən nəticələr, əslində, Azərbaycanın iki il yarımdır bəyan etdiyi mövqeyin bir qisminin təkrarlanması, yaxud etiraf olunmasından ibarətdir. Bu mənada, Şarl Mişelin də, Azərbaycan XİN-in də ifadə etdiyi kimi, görüş faydalı və nəticəyönümlü sayılmalıdır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, Prezident İlham Əliyev böyük qətiyyət nümayiş etdirərək Zəfərdən dərhal sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik səylər göstərir. Dövlətimizin başçısının bu məqsədlə irəli sürdüyü təkliflər beynəlxalq hüququn prinsiplərini ehtiva etsə və Ermənistan prinsipcə bu təklifləri qəbul etdiyini bildirsə də, bu günə qədər ortada real nəticələr yoxdur. Təbii ki, Azərbaycan İrəvanı daha 30 il gözləyə bilməz və təsadüfi deyil ki, Prezident İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib. Ermənistan isə əksinə, daha çox sülhü pozmaq taktikası seçib və hətta şərti sərhədlərdə erməni təxribatları nəticəsində toqquşmalar adi hala çevrilib. Belə bir şəraitdə Brüsseldə Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığın ifadə edilməsi özlüyündə pozitiv mühit yaradır. Müzakirələrdə Azərbaycanın tələbi üzrə sərhədlərin delimitasiyası ilə bağlı növbəti addımların nəzərdən keçirilməsi fonunda müəyyən irəliləyişlərin əldə olunmasını da məhz Bakının nail olduğu bu müsbət mühitin nəticəsi hesab etmək mümkündür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Brüssel görüşünün digər mühüm məqamı, ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıqla Ermənistanın təcavüzkar niyyətlərinin üzərindən bir daha xətt çəkilməsi olub. Şarl Mişelin yaydığı bəyanatda da ifadə olunduğu kimi, tərəflər 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə, Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər. Ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində də “Alma-Ata Bəyannaməsi”nə müvafiq olaraq eyni qənaətə gəlinib. Lakin Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətdə donub. Amma Prezident İlham Əliyevin qətiyyətli addımları ilə İrəvan nəinki oyuna qayıtmaq məcburiyyətində qalıb, əksinə, Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf edərək Qarabağ “sevdası”ndan əl çəkməli olub.

B.Məhərrəmov vurğulayıb ki, Fransaya gəlincə, Brüssel prosesinin ən diqqətçəkən məqamlarından biri məhz rəsmi Parisin çoxsaylı cəhdlərinə baxmayaraq, prosesin dağılmaması fonunda Bakının onu növbəti dəfə nokauta salmasıdır. Paris nəinki Brüssel prosesini dağıda bilmədi, əksinə, Prezident İlham Əliyev dünyaya göstərdi ki, Fransanı oyundan kənarda saxlamaq iqtidarındayıq. Üstəlik, Azərbaycan və Ermənistan rəhbərləri iyulda Brüsseldə, habelə 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsun iştirakı ilə Kişineuda, oktyabrda isə Qranadada keçiriləcək üçüncü sammit çərçivəsində yenidən görüşəcəklər. Yəni, Bakı faktiki olaraq bütün kənar təsirləri zərərsizləşdirərək prosesi həyata keçirməklə real imkanlarını göstərib, Fransa isə özünün təcavüzkar ideyaları, separatizmə dəstəyi və proksi müharibə cəhdləri ilə pat vəziyyətində qalıb. Digər tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında da Azərbaycanın Qarabağ iqtisadi rayonunu bizim mövqeyimizə uyğun formada – keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” formasında ifadə etməklə vəziyyətin Bakının beynəlxalq hüququ ehtiva edən mövqeyinə uyğun irəlilədiyini göstərib. Açıqlamada, həmçinin Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən bağlı ayrıca bəhs olunması, həmin əhalinin hüquqlarının, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhz yalnız Azərbaycanın subyektiv tərəf kimi tanınması bu məsələlərin Bakının daxili işi olması barədə mövqeyinin artıq sual yaratmadığını göstərir. Bu, çox ciddi məsələdir və Azərbaycan Prezidentinin müstəsna qələbəsidir.

“Görüşün digər vacib məqamı Azərbaycanın kommunikasiyaların açılmasına dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə bağlıdır. Şarl Mişelin bəyanatından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması işi ilə bağlı faktiki əngəl qalmır və işin dəstəklənməsi üçün prosesə Ümumdünya Gömrük Təşkilatı cəlb ediləcək. Bu, əlbəttə, Ermənistanın ənənəvi yayınmalarının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bütün görüşlərdə olduğu kimi, bu dəfə də humanitar məsələlər Prezident İlham Əliyevin əsas tezislərindən olub və Ş.Mişelin ifadə etdiyi kimi, yaxın həftələrdə ciddi nəticələr gözlənilir. Ən əsası, azaraq sərhədi keçən hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş əsaslarla azad olunacaqlar”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan ən qısa müddətdə sülh arzu edir. Lakin Bakı üçün vədlər yox, praktiki gedişlər maraqlıdır. Bu mənada, ermənilərin zamanı məhduddur və onlar yaxın dövrdə Brüsseldə gəlinən razılıqlara əməl olunması ilə “dəmir yumruq” arasında sadə seçim etməli olacaqlar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ekspert: Azərbaycan polisi öz şərəfli peşəsini layiqincə yerinə yetirir

Növbəti xəbər

“Azərbaycan xalqı qarşısında tarixi xidmətləri olan şəxslər unudulmamalıdır” – Ehtiram Mehdiyev

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

3 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

1 ay əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

1 ay əvvəl
Növbəti xəbər
“Azərbaycan xalqı qarşısında tarixi xidmətləri olan şəxslər unudulmamalıdır” – Ehtiram Mehdiyev

"Azərbaycan xalqı qarşısında tarixi xidmətləri olan şəxslər unudulmamalıdır" - Ehtiram Mehdiyev

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

16 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

17 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

3 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.